Nikolay Musxelişvili Haqqinda Melumat - Vikipedia

Nikolay Musxelişvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolay Musxelişvili

Musxelişvili Nikolay İvanoviç (gürc. ნიკოლოზ მუსხელიშვილი; 1891-1976) — Sovet riyaziyyatçısı və mexaniki. AMEA-nın fəxri üzvü.

Nikolay Musxelişvili
gürc. ნიკოლოზ მუსხელიშვილი
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti gürcü Gürcüstan Gürcüstan
Təhsili
Fəaliyyəti riyaziyyatçı
Elmi dərəcəsi
Partiyası
Mükafatları "Stalin" mükafatı "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Nikolay İvanoviç 1891-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1914-cü ildə Peterburq Universitetini bitirib, 1922-ci ildən Tbilisi Universitetinin və Politexnik İnstitutunun professoru, 1941-ci ildən Gürcüstan SSR EA Razmadze adına Riyaziyyat İnstitutunun direktoru olmuşdur.

1933-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1941-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1957-ci ildən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1941-1972-ci illərdə prezidenti, 1972-1976-cı illərdə Gürcüstan SSR EA-nın fəxri prezidenti olmuşdur. 1945-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Musxelişvilinin apardığı tədqiqatlar elastiklik nəzəriyyəsinə, inteqral tənliklərə, funksiyalar nəzəriyyəsinin sərhəd məsələlərinə və s. aiddir.

Nəzəri fizika və mexanikada, eləcə də riyaziyyatın digər bölmələrində müvəffəqiyyətlə istifadə olunan bir sıra üsullar təklif edərək Musxelişvili kompleks dəyişənli funksiyalar nəzəriyyəsini elastiklik nəzəriyyələri məsələlərinə ilk tətbiq edənlərdən olmuşdur. Alimin işlərində statistik hallar üçün müstəvidə elastiklik nəzəriyyəsinin bütün əsas problemləri həll edilmişdir. O, müstəvi məsələləri sonlu xətti cəbri tənliklər sisteminə gətirilən bir sıra oblastlar aşkar etmişdir. Musxelişvili analitik funksiyaların xətti sərhəd məsələləri və məxsusi nüvəli birqat inteqral tənliklər nəzəriyyəsinə öz bilik və bacarığını sərf etmişdir. Çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların və ali məktəb tələbələri üçün riyaziyyat üzrə dərsliklərin müəllifidir.

Musxelişvili bir çox xarici ölkə akademiyalarının, elmi idarələrin və cəmiyyətlərin üzvü olmuşdur. O, 1941, 1947-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 5 Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, M.V.Lomonosov adına Qızıl medalla (1972), 2 xarici ordenlə, eləcə də başqa orden və medallarla təltif olunmuşdur.

AMEA-nın fəxri üzvü seçilmişdir.[5]

İstinadlar redaktə

  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  2. 1 2 http://www.ras.ru/win/db/show_per.asp?P=.id-51407.ln-ru.dl-.pr-inf.uk-12.
  3. Мусхелишвили Николай Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Find a Grave (ing.). 1996.
  5. "Musxelişvili Nikolay İvanoviç (1891-1976)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024