Nikolay Nəsibov Haqqinda Melumat - Vikipedia

Nikolay Nəsibov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolay Nəsib oğlu Nəsibov (rus. ́Николай Насибович Насибов; doğum adı: Qaraca;[1] 15 dekabr 1929, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ31 dekabr 1996, Moskva, Rusiya) — sovet jokeyi və məşqçisi. Atçılıq idmanı tarixinin ən yaxşı jokeylərindən biri.[2] Mərkəzi Moskva ippodromunun baş məşqçisi. SSRİ çempionu və rekordçusu.[3] Həm idmançı, həm də məşqçi kimi Avropa mükafatının üçqat qalibi.[4]

Nikolay Nəsibov
rus. ́Николай Насибов
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi
Doğum yeri Marneuli rayonu, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Moskva, Rusiya
İdman növü atçılıq idmanı
Hərbi rütbəsi

Həyatı redaktə

Nikolay Nəsibov 15 dekabr 1929-cu ildə Marneuli rayonunda azərbaycanlı[5] zəngin mülkədar ailəsində anadan olub. Dörd yaşında olarkən atası bolşeviklər tərəfindən qətlə yetirilir, bir il sonra isə anası vəfat edir.[1]

1942-ci ildən atlarla məşğul olmağa başlayıb. 1944-cü ildən "Vos­xod" at zavodunun jo­keyi kimi çıxış etməyə başlamışdır. 1951-ci ildə ilk dəfə derbi qaçışında ümumittifaq mükafatının qalibi olub. 1950-ci illərin əvvəllərində, Hərbi Hava Qüvvələri komandasının heyətində çıxış edərkən, İosif Stalinin sərəncamı ilə leytenant rütbəsinə layiq görülmüşdür.[2]

1965, 1966 və 1967-ci illərdə "Anilin" ləqəbli atı ilə Avropa mükafatının qalibi olub.[4] Nəsibov Oslo Kuboku, Stokholm Kuboku və "Böyük Vaşinqton mükafatı" da daxil olmaqla bir çox beynəlxalq turnirlərin qalibidir.[2]

1967-ci ildən məşqçilik fəaliyyətinə başlamışdır. Onun yetirmələri müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıblar.[1]

Nikolay Nəsibov 31 dekabr 1996-cı ildə Moskva şəhərində vəfat edib.[2]

Şəxsi həyatı redaktə

Nikolay Nəsibovun oğlu Mixail Nəsibov (1953—2021) futbol üzrə Rusiya yığmasının və "MOİK Moskva" klubunun masajçısı olub.[6]

Xatirəsi redaktə

2001-ci ildən etibarən Mərkəzi Moskva ippodromunda Nikolay Nəsibovun xatirəsinə həsr olunmuş ənənəvi "Nikolay Nəsibov Kuboku" keçirilir.[2]

Mükafatları redaktə

Dövlət mükafatları redaktə

Fəxri idman adları redaktə

  • SSRİ idman ustası[2]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 "Памяти лучшего жокея СССР" (rus). Svet-mayakov.ru. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  2. 1 2 3 4 5 6 "Насибов" (rus). Bigenc.ru. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  3. "Дмитрий Михайлович Урнов - «Железный посыл»" (rus). Knigogid.ru. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  4. 1 2 "Preis von Europa" (alman). Galopp-sieger.de. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  5. "К 90-летию со дня рождения Н.Н. Насибова" (rus). Hippodrom.ru. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  6. "Умер массажист сборной России и ЦСКА Михаил Насибов" (rus). Sport-express.ru. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.

Xarici keçidlər redaktə


Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024