Ninotsminda kilsəsi Haqqinda Melumat - Vikipedia

Ninotsminda kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ninotsminda kilsəsi

Ninotsminda kilsəsi — Abidə Gürcüstan Respublikasının Saqareco rayonunda yerləşmişdir. Bu kilsənin eksteryeri Möhrənis (Xocavənd rayonu) məbədini xatırladır, lakin burada apsidaların qövs formasında kənara çıxan hissəsi daha qabarıq əks etdirilmişdir.[1]

Ninotsminda kilsəsi
ნინოწმინდის მონასტერი
Xəritə
41°44′12″ şm. e. 45°17′52″ ş. u.
Ölkə
Yerləşir Saqareco bələdiyyəsi
Tikilmə tarixi VI əsr
Ninotsminda Cathedral plan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

A. L. Yakobson Ninotsminda məbədini xristian memarlığının ikinci mərhələsinə, daha konkret olaraq VI əsrə aid etmişdir. R. M. Ramişvili isə bu abidəni IV–V əsrlərə aid xristian məbədləri dairəsinə daxil olduğu qənaətinə gəlmişdir.[2]

Memarlıq xüsusiyyətləri redaktə

Dörd iri apsida arasında müvafiq olaraq 4 nisbətən kiçik apsida yerləşmişdir, lakin kiçik apsidalar iri apsidalardan alçaq olduğu üçün məbəd tetrakonx tipli abidələr sırasına aid edilmişdir.[2] İnteryerin böyük bir hissəsi enli günbəzin altındadır. Məbədin divarlarının xaricə baxan səthi hamar olub, heç bir dekorativ ünsürlərə malik deyildir. Məbəd onun barabanında və dörd iri apsidasında yerləşmiş pəncərələr vasitəsilə yaxşı işıqlandırılmışdır. Xristian memarlığının ilk mərhələsində inşa edilmiş məbədlər, adətən, bəsit, zülmətə qərq olmuş, ətraf aləmdən mümkün qədər təcrid olunmuş, qapalı məbədlər idisə, ikinci mərhələdə ucaldılan məbədlər mürəkkəb quruluşlu və möhtəşəm idilər. Bunu nəzərə alan A. L. Yakobson Ninotsminda məbədini xristian memarlığının ikinci mərhələsinə, daha konkret olaraq VI əsrə aid etmişdir.[2] R. M. Ramişvili isə bu abidəni IV–V əsrlərə aid xristian məbədləri dairəsinə daxil olduğu qənaətinə gəlmişdir.[3]

Ninotsminda məbədinin divarının şimal-şərq küncündəki daşın üstünə həkk edilmiş 3 sətirdən ibarət naməlum yazı məşhur gürcü mütəxəssəsi A. Şanidze tərəfindən "alban dövlət biriyinin tərkibinə daxil olmuş, gürcülərdən şərqdə, qonşuluqda yaşamış, gürcülər tərəfindən "er" adlandırılan xalqın dilinə" aid edilmişdir.[4] D. L. Musxelişvili həmin yazını bu ərazidə qeyri-gürcü mənsubiyyətli əhalinin məskunlaşdığını sübut edən bir dəlil kimi dəyərləndirərək, onu alban mənşəli suc qəbiləsi ilə əlaqələndirməyin mümkün olması barədə bir fərziyyə irəli sürür.[5] K. V. Trever Saqareco rayonunun ərazisinin tarixi Albaniyaya məxsus olmasını nəzərə alaraq Ninotsminda yazılarının alban mənşəli olduğunu güman etmişdir.[4]

Həmçinin bax redaktə

Ədəbiyyat redaktə

  • Xəlilov M. C., Albaniyanın Xristian Abidələri (IV–X əsrlər). Bakı — 2011, s.341
  • Яакобсон А.Л., Закономерности в развитии средне вековой архитектуры. Ленинград: Наука, 1985
  • Рамишвили Р.М. Грузия в епоху раннего средневековья (IV–VIII вв) (rus). Москва: Наука. 2003. 403.
  • Тревер К.В. Очерки по истории и культуре Кавказской Албани (IV–VII в.н.э). Москва: 1959
  • Мусхелишвили Д.Л., Из исторической географии Восточной Грузии (Шаки и Гогарена).Тбилиси: Мецниереба, 1982

İstinadlar redaktə

  1. Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AFPoliqrAF. 2011. 185–186.
  2. 1 2 3 Яакобсон А.Л. Закономерности в развитии средне вековой архитектуры (rus). Ленинград: Наука. 1985. 48.
  3. Рамишвили Р.М. Грузия в епоху раннего средневековья (IV-VIII вв) (rus). Москва: Наука. 2003. 403.
  4. 1 2 Тревер К.В. Очерки по истории и культуре Кавказской Албани (IV-VII в.н.э) (rus). Москва. 1959. 338.
  5. Мусхелишвили Д.Л. Из исторической географии Восточной Грузии (Шаки и Гогарена) (rus). Тбилиси. 1982. 23.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024