Qurcaani kilsəsi Haqqinda Melumat - Vikipedia

Qurcaani kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qurcaani kilsəsi

Qurcaani kilsəsi — Qurcaani kilsəsi indiki Gürcüstan Respublikasının Kaxeti bölgəsində Qurcaani rayonunda yerləşir. Qurcaani məbədini Albaniyanın digər xristian məbədlərindən fərqləndirən xüsusi cəhət iki mərtəbəli inşa edilməsidir. Məbəd uzunsov, düzbucaqlı formaya malik olub, üç nefli bazılika üslubunda tikilmişdir. Məbədin qərb tərəfində düzbucaqlı narteks inşa edilmiş, buraya cənubdan və qərbdən 2 giriş olmuşdur. Narteksin qərb girişi ibadət zalının qərb divarındakı qapı yeri ilə üzbəüz qərar tutmadığı üçün xaricdən ibadət zalının içərisini görmək mümkün deylldir.[1]

Qurcaani kilsəsi
Ölkə Gürcüstan Respublikası
Şəhər Qurcaani
Yerləşir Qurcaani
Aidiyyatı Alban kilsəsi
Tikilmə tarixi IV-V əsrlər

[[Fayl:M-Z120Gurdschani2.jpg

|274x400px|frameless]]

Tarixi redaktə

Qurcaani məbədi IV–V əsrlərə aid kilsələr sırasına daxil edilmişdir.[1]

Memarlıq xüsusiyyətləri redaktə

Birinci mərtəbədəki ibadət zalının interyeri 3 cüt pilon və şərq tərəfdəki 1 cüt pilyastrla 3 nefə bölünmüşdür. Orta nef yan neflərdən daha enlidir və şərqdə məbədin düzbucaqlı çərçivəsindən kənara çıxmayan nal formalı mehrab apsidası ilə tamamlanır. Apsidanın hər iki tərəfində düzbucaqlı pastoforilər yerləşmişdir. Bunlardan şimal-şərq küncündəki protezis daha iri ölçülüdür və şimal divarından bir qədər kənara çıxmışdır. Onun şərq divarında bir pilyastr, cənub divarında mehrab apsidasına açılan giriş, qərb divarında onu şimaldakı yan neflə əlaqələndirən qapı yeri vardır. Məbədin cənub-şərq küncündəki dyakonikin mehrab apsidası ilə birbaşa əlaqəsi olmasa da, qərb divarındakı qapı yeri onu cənubdakı yan neflə əlaqələndirir. Məbədin şərq divarında birinci və ikinci mərtəbələr boyunca 4 pilyastr ucaldılmışdır. Kilsənin birinci mərtəbəsinin şərq divarında yanyana 3, cənub divarında daha iri 1 pəncərə vardır. Pəncərələr içəriyə doğru getdikcə genişlənir. Şərq divarındakı pəncərələr pilyastrlar arasında yerləşməklə müvafiq olaraq pastoforilərə və mehrab apsidasına açılır.[2]

İkinci mərtəbəyə şimaldan 1, cənubdan 4 giriş olmuşdur. İbadət zalı iki parallel divarla 3 nefə ayrılmışdır. Yan neflərdən daha enli olan orta nef şərqdə nal formalı mehrab apsidası ilə tamamlanır. Bu apsida düzbucaqlı çərçivə içərisində yerləşərək kənara çıxmır. Mehrab apsidasının hər iki tərəfində nal formalı kiçik apsidaya malik olan düzbucaqlı pastoforilər yerləşmişdir. Bu pastoforilərin mehrab apsidası ilə birbaşa əlaqəsi olmamışdır. Onların qərb divarındakı qapısı müvafiq yan neflərə açılmışdır. İkinci mərtəbədəki üç pəncərə yeri yan-yana şimal divarında açılmışdır. Bu pəncərələr də içəriyə doğru getdikcə genişlənir. Arakəsmə divarların yan neflərə tərəf baxan hər üzündə 6 ədəd olmaqla bir-birindən müəyyən məsafədə cəmi 12 pilyastr, orta nefə baxan üzlərində isə hər tərəfdə 3 ədəd olmaqla qarşıqarşıya cəmi 6 pilyastr ucaldılmışdır. Arakəsmə divarların hər birinin qərb tərəfində yerləşən, yan neflərə baxan son pilyastrı ilə ikinci mərtəbənin qərb divarındakı üzbəüz pilyastr arasında hər üç nefi bir-biri ilə əlaqələndirən iki keçid düzəldilmişdir. Bundan başqa arakəsmə divarların qərb tərəfində yerləşən, lakin orta nefə baxan sonuncu üzbəüz iki pilyastr arasında düzbucaqlı bir sütun ucaltmaqla məbədin memarı ibadət zalına qərb tərəfdən iki giriş yaratmışdır. Beləliklə, yan neflər ikinci mərtəbənin qərb divarı qarşısındakı sahə ilə birlikdə ibadət zalının ətrafındakı dəhliz funksiyasını yerinə yetirmişlər.[2]

Həmçinin bax redaktə

Ədəbiyyat redaktə

  • Xəlilov M. C., Albaniyanın Xristian Abidələri (IV–X əsrlər). Bakı — 2011, s.341
  • Рамишвили Р.М., Грузия в епоху раннего средневековья (IV–VIII вв) / Крым, Северо — Восточное Причерномерье и Закавказье в епоху средневековья (IV–XIII века). Москва: Наука, 2003

İstinadlar redaktə

  1. 1,0 1,1 Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AFPoliqrAF. 2011. 184–185.
  2. 2,0 2,1 Рамишвили Р.М. Грузия в епоху раннего средневековья (IV-VIII вв) (rus). Москва: Наука. 2003. 403.

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024