Northrop T-38 Talon Haqqinda Melumat - Vikipedia

Northrop T-38 Talon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Northrop T-38 Talon

Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 19611972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir.

Northrop T-38 Talon
İstehsalçı Northrop Corporation
İlk uçuş 10 mart 1959
İstismara verilmə tarixi 17 mart 1961
İstismarçılar
Buraxılış sayı 1.187
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.[1][2]

T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər. T-38, yüksək səviyyədə işləmə qabiliyyətli və baxılması asan, son dərəcə qənaətcil və eyni zamanda çox yüksək etibarlılıq səviyyəsinə sahib bir təyyarədir. Bu keyfiyyətlərinə görə bir çox müttəfiq ölkələr tərəfindən bəyənilmişdir.

T-38 695 metrə qədər olan qısa uçuş-enmə zolaqlarından havaya qalxır və bir dəqiqədə 9000 metrə kimi hündürlüyə çata bilər. Tələbə pilotlar T-38-də səssiz uçuş texnikası, akrobatika, qol uçuşu, gecə və alət uçuşu təlimi alırlar. Bu günə qədər 60 mindən çox pilot döş nişanlarını bu təyyarədə qazanmışdır.

“Talon” ilk uçuşunu 1959-cu ildə reallaşdırmışdır və 1961-ci ildən istehsalının başa çatdığı 1972-ci ilə qədər 1100-dən çox T-38 ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) çatdırılmışdır.

“Pacer Classic” adlı bir proqram T-38-lərin ömrünü gövdə dözümlülüyü baxımından 2020-ci ilə qədər uzatmaq üçün tətbiq edilmişdir. Bundan əlavə, avionikada düzəlişlər edilməklə, bütün T-38-lər T-38C tipinə çevriləcəkdir.

İstifadəçilər redaktə


T-38A xüsusiyyətləri redaktə

  • Ekipaj: 2
  • Mühərrik: 2 ədəd General Electric J85-GE-5 (afterburnerli)
  • İtələmə gücü: 12,91 kN/ea.
  • Qanad uzunluğu: 7,60 m
  • Uzunluğu: 14,0 m
  • Hündürlük: 3,8 m
  • Sürəti: 1,340 km/saat (Mach 1,08 Dəniz səviyyəsində)
  • Xidmət tavanı: 16,500 m-dən çox
  • Maksimum uçuş çəkisi: 5,670 kq
  • Mənzili: 1,650 km.

T-38B silah daşıya bilir, tək pilotludur.

İstinadlar redaktə

  1. "TAI - T-38 Aviyonik Modernizasyon (ARI)". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-21.
  2. T.C. MSB Savunma Sanayii Müsteşarlığı - T-38 Modernizasyonu Arxivləşdirilib 2011-08-15 at the Wayback Machine  (ing.)

Ən Son Axtarılanlar

Döyüş_bayrağı mp3f6VgvYd0pG4asik-zikret-mevlayi-nihavent-ilahi-muzaffer-ozak-ksa.html Fayl:Victoria_Daily_Times_(1923-08-08)_(IA_victoriadailytimes19230808).pdf Fayl:An_introductory_lecture_on_the_treatment_of_disease,_delivered_before_the_medical_class_at_the_ Fayl:Act_of_Sedeennt_(Rules_of_the_Court_of_Session_1994_Amendment)_(Regulation_(EC)_No._44-2001)_(T Fayl:Homoeopathy_-_What_is_it?_-_A_statement_and_review_of_its_docenines_and_practices_(IA_homoeopat Fayl:Notes_on_the_bibliography_of_three_sixteazth-caztury_English_books_connected_with_London_hospit Fayl:History_of_India_(IA_historyofindia01keeniala).pdf Fayl:Federal_Register_1943-01-28-_Vol_8_Iss_19_(IA_sim_federal-register-find_1943-01-28_8_19).pdf Fayl:Bundesarchiv_Bild_101I-219-0562A-06,_Russland,_Kolonne_mit_Panzer_III.jpg Fayl:Distinctive_gladioli_and_other_bulbs_for_spring_planting_-_1930_(catalog)_-_M._van_Waveren_ Fayl:College_of_pharmacy_of_the_City_of_New_York_(IA_collegeofpharmac1968coll).pdf Fayl:Holdridge's_catalogue_-_strawberry_plants_-_1927_-_grown_by_S.E._Holdridge._(IA_CAT31325244).pd Fayl:Democracy_and_assimilation,_the_blending_of_immigrant_heritages_in_America_(IA_democracyassimil Fayl:Wilderness_studies_-_managemazt_framework_plan_amazdmazts,_summary_of_land_use_alternatives_(IA Fayl:Rediscovering_india_philosophy_of_the_upanishads_vol_4_(IA_RediscoveringIndiaPhilosophyOfTheUpa Fayl:Lectures_on_midwifery_-_and_the_forms_of_disease_peculiar_to_womaz_and_childraz_delivered_to_th Fayl:BLM_social_effects_project_literature_review_(IA_blmsocialeffects7211bran).pdf Fayl:A_history_of_China;_(IA_historyofchina00will).pdf Fayl:The_problem_of_China_-_Russell_1922.pdf
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024