Novruz Təmrəzov Haqqinda Melumat - Vikipedia

Novruz Təmrəzov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Novruz Təmrəzov

Rusiya və Azərbaycan güləşçisi

Novruz Şarpileyeviç Təmrəzov (6 yanvar 1981, Stavropol, Rusiya SFSR) — 2005–2006-cı illərdə Rusiyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Novruz Təmrəzov
Şəxsi məlumatlar
Tam adı Novruz Şarpileyeviç Təmrəzov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (43 yaş)
Doğum yeri Stavropol, Rusiya SFSR
Boyu 180 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1995—2012
Məşqçisi Alxas Çaçayev
Komandası Atasport İdman Klubu

Karyerası redaktə

Novruz Təmrəzov 2005-ci ildə Bolqarıstanın Varna şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Həmin ilin iyulunda isə o, Rusiya Çempionatını bürünc medalla başa vurdu.[2] 2006-cı ildə isə Novruz Təmrəzov Qızıl Qran-Pri beynəlxalq turnirində və Rusiya Çempionatında bürünc medallara sahib oldu.[2] Rusiya yığmasında güclü rəqabət səbəbilə Novruz Təmrəzov yığmanın bir nömrəsi ola bilmirdi və Dünya və Avropa Çempionatlarında çıxış edə bilmirdi.[2] 2007-ci ildə Azərbaycan Güləş Federasiyası Novruz Təmrəzovu Azərbaycan yığmasının heyətinə cəlb elədi.[2]

2007-ci ildə Almaniya Qran-Prisi və Dünya Çempionatında uğursuz çıxış edən Novruz Təmrəzov 2008-ci ildə əvvəl Tampere şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olaraq olimpiya lisenziyasına sahib oldu.[2]

Novruz Təmrəzov 2008-ci ildə Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Novruz Təmrəzov olimpiadanın təsnifat mərhələsində Monqolustan nümayəndəsi Çaqnaadorjiin Qanzoriq ilə üz-üzə gəldi.[3] Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqibinə minimal fərqlə (0:1) məğlub oldu.[3] Həlledii hissədə isə Novruz Təmrəzov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Asiya Oyunlarının qalibi İran nümayəndəsi Reza Yazdani oldu.[3] Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində təmiz qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi son Dünya və Avropa Çempionatının qalibi Rusiya nümayəndəsi Georgi Ketoyev oldu.[3] Həmin görüşün birinci hissəsində Novruz Təmrəzov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqibinə məğlub oldu (0:2).[3] Həlledici hissədə də Novruz Təmrəzov rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Novruz Təmrəzov təsəlliverici qrupda mübarizə aparmadı və olimpiadanı yeddinci pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Novruz Təmrəzov 2009-cu ildə Vilnüs şəhərində (Litva) Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Novruz Təmrəzov həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatını 10-cu pillədə başa vurdu.[2]

2011-ci ildə Dünya və Avropa Çempionatlarında mübarizə aparmayan Novruz Təmrəzov bir sıra beynəlxalq turnirlərdə çıxış elədi.[2] 2012-ci ilin martında Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını beşinci pillədə başa vuran Novruz Təmrəzov 2013-cü ildə idmanla vidalaşdı.[2]

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya  Rusiya
1
2005
Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
3.
2
2006
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
3.
Azərbaycan  Azərbaycan
3
2007
Almaniya Qran-Prisi Almaniya  Almaniya
8.
4
Dünya Çempionatı Azərbaycan  Azərbaycan
17.
5
2008
Avropa Çempionatı Finlandiya  Finlandiya
3.
6
Dünya Olimpiya Təsnifat Turniri İsveçrə  İsveçrə
1.
7
Olimpiya Oyunları Çin  Çin
7.
8
2009
Avropa Çempionatı Litva  Litva
3.
9
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
12.
10
2010
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
1.
11
Dünya Çempionatı Rusiya  Rusiya
10.
12
2011
Yaşar Doğu Turniri Türkiyə  Türkiyə
3.
13
G. Kartozia & V. Balavadze Turniri Gürcüstan  Gürcüstan
11.
14
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
8.
15
Moscow Lights Rusiya  Rusiya
2.
16
2012
Kiyev Turniri Ukrayna  Ukrayna
3.
17
Avropa Çempionatı Serbiya  Serbiya
5.

İstinadlar redaktə

  1. Olympedia.org. "Novruz TƏMRƏZOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 International Wrestling Database. "NOVRUZ TEMREZOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Light-Heavyweight / Freestyle (84 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024