Azərbaycan Güləş Federasiyası Haqqinda Melumat - Vikipedia

Azərbaycan Güləş Federasiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Güləş Federasiyası

Azərbaycan Güləş Federasiyası (AGF)Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib[1].

Azerbaijan Güləş Federasiyası
AGF
Azərbaycan Güləş Federasiyası
Yaranma tarixi 1993
Mərkəzi
Prezident Mikayıl Cabbarov
awf.az

Tarix redaktə

1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub.[2] AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub[3].

1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib.

2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.[4].

Hüquq və vəzifələri redaktə

Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir.[5]

Fəaliyyəti və təşkil edilmiş yarışlar redaktə

2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.[6]

2004-cü il –  Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.[7]

2007-ci il – Azərbaycanda güləş üzrə dünya çempionatı keçirilib. Həmin mundialda o dövr üçün rekord sayda 92 ölkədən 797 idmançı Bakıda qələbə uğrunda mübarizə aparıb.[8]

2010-cu il – Azərbaycanda güləş üzrə Avropa çempionatı keçirilib.[9]

2012-ci il – Azərbaycanda sərbəst güləş üzrə növbəti Dünya Kuboku keçirilib.[10]

2012-ci il – Bakıda yeniyetmə güləşçilərin dünya çempionatı keçirilib.[11]

2022-ci il – Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku təşkil edilib.[12]

Əsas uğurlar redaktə

Olimpiya Oyunları redaktə

1996-2020-ci illər –Azərbaycan idmançılarının iştirak etdiyi son 7 Olimpiya Oyunlarınlarında əldə edilmiş 49 medaldan 25-i güləşin payına düşür.

İl Yarışın adı Qızıl Gümüş Bürünc Cəmi
2020 Yaponiya  Yaponiya 0 1 2 3
2016 Braziliya  Braziliya 0 3 6 9
2012 Böyük Britaniya  Böyük Britaniya 2 2 3 7
2008 Çin  Çin 0 1 2 3
2004 Yunanıstan  Yunanıstan 1 0 0 1
2000 Avstraliya  Avstraliya 1 0 0 1
1996 ABŞ  ABŞ 0 1 0 1
CƏMİ 4 8 13 25

Dünya Çempionatları redaktə

1993-2022 – ci illərdə Azərbaycan güləşçiləri böyüklər arasında dünya çempionatlarında 85 medal qazanıblar.

2009-cu ildə - Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında rekord nəticə qeydə alınıb. Həmin yarışda güləşçilər 10 (3 qızıl, 4 gümüş, 3 bürünc) medal qazanıb.[13]

2009-cu ildə - Sərbəst güləş üzrə ən yaxşı nəticə qeydə alınıb. Danimarkada güləş üzrə Azərbaycanın milli komandası dünya ikincisi olub.[14]

2009-cu ildə qadın güləşi üzrə güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub.[15]

2023-cü ildə keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub.[16]

İl Yarışın adı Qızıl Gümüş Bürünc Cəmi
1994 Türkiyə  Türkiyə 0 1 0 3
 Finlandiya  Finlandiya 0 2 0
1998 İran  İran 0 1 0 1
2002 İran  İran 0 1 0 2
  Rusiya  Rusiya 1
2003 ABŞ  ABŞ 1 0 0 1
2006 Çin  Çin 0 1 1 2
2007 Azərbaycan  Azərbaycan 1 0 1 2
2008 Yaponiya  Yaponiya 0 0 1 1
2009 Danimarka  Danimarka 3 4 3 10
2010 Rusiya  Rusiya 2 2 3 7
2011 Türkiyə  Türkiyə 2 1 5 8
2013 Macarıstan  Macarıstan 0 2 2 4
2014 Özbəkistan  Özbəkistan 1 3 3 7
2015 ABŞ  ABŞ 2 3 3 8
2016 Macarıstan  Macarıstan 0 0 2 2
2017 Fransa  Fransa 1 0 2 3
2018 Macarıstan  Macarıstan 1 2 2 5
2019 Qazaxıstan  Qazaxıstan 1 3 2 6
2021 Norveç  Norveç 1 1 4 6
2022 Serbiya  Serbiya 1 1 5 7
2023 Serbiya  Serbiya 2 5 - 7
CƏMİ 19 34 39 92

Avropa çempionatları redaktə

1992-ci ildən iştirak etdikləri böyüklər arasında qitə birinciliklərində Azərbaycan güləşçiləri 186 medal qazanıb.

2009-cu il – Sərbəst güləş üzrə yığmamız komanda hesabında Avropa çempionu olub.[17]

2017- Sərbəst güləş üzrə Azərbaycanın yığma komandası Avropa çempionu olub.

2018-ci ildə Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında 18 (4 qızıl, 5 gümüş, 9 bürünc) medal qazanılıb. Bu, qitə birincilikləri arasında güləşçilərin əldə etdiyi ən uğurlu nəticədir[18].

2009, 2017, 2022, 2023 – Sərbəst güləş üzrə Azərbaycan yığması 4 dəfə komanda hesabında Avropa çempionu olub[19][20][21][22].

2022-ci il Yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası Avropa çempionu olub.[23]

İl Yarışın adı Qızıl Gümüş Bürünc Cəmi
1993 Türkiyə  Türkiyə 1 2 0 3
1994 İtaliya  İtaliya 1 0 0 1
1995 İsveçrə  İsveçrə 2 0 1 3
1996 Macarıstan  Macarıstan 1 0 2 3
1997 Polşa  Polşa 0 1 0 1
1998 Belarus  Belarus 0 1 0 1
1999 Bolqarıstan  Bolqarıstan 0 0 1 1
2002 Azərbaycan  Azərbaycan 1 1 1 3
2003 Latviya  Latviya 1 0 0 1
2004 Türkiyə  Türkiyə 0 0 1 1
2005 Bolqarıstan  Bolqarıstan 1 1 0 2
2006 Rusiya  Rusiya 0 1 2 3
2007 Bolqarıstan  Bolqarıstan 1 0 1 2
2008 Finlandiya  Finlandiya 2 1 4 7
2009 Litva  Litva 5 2 2 9
2010 Azərbaycan  Azərbaycan 7 2 1 10
2011 Almaniya  Almaniya 6 0 8 14
2012 Serbiya  Serbiya 2 0 4 6
2013 Gürcüstan  Gürcüstan 0 1 6 7
2014 Finlandiya  Finlandiya 3 5 2 10
2016 Latviya  Latviya 2 2 4 8
2017 Serbiya  Serbiya 2 3 3 8
2018 Rusiya  Rusiya 4 5 9 18
2019 Rumıniya  Rumıniya 4 2 7 13
2020 İtaliya  İtaliya 2 2 9 13
2021 Polşa  Polşa 1 2 5 8
2022 Macarıstan  Macarıstan 3 6 7 16
2023 Xorvatiya  Xorvatiya 5 6 3 14
CƏMİ 57 46 83 186

Dünya Kuboku redaktə

Azərbaycan güləş yığmaları 3 dəfə Dünya Kubokuna sahib olub.

2004-cü ildə Bakıda keçirilən yarışda finalda Rusiya yığmasına qalib gələn sərbəst güləş üzrə milli komanda kuboka sahib çıxıb[24].

2009-cu ildə Sərbəst güləşçilər İranda keçirilən Dünya Kubokunun finalında isə yerli komandaya qalib gələrək 2-ci dəfə kuboka sahib çıxıb[25].

2015-ci ildə Tehranda keçirilən yarışda finalda Yunan-Roma güləşi üzrə milli Rusiya yığmasına qalib gələrək Dünya Kubokuna sahib çıxıb.[26]

İstinadlar redaktə

  1. "Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib - AZƏRTAC (azertag.az)". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  2. "Azərbaycan Güləş Federasiyanın yaranma tarixi". 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  3. "Azərbaycan Güləş Federasiyanın yaranma tarixi - Azərbaycan Güləş Federasiyası (awf.az)". 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  4. "Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib | Report.az". 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  5. "Bədən tərbiyəsi və idman haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  6. "BAKIDA SƏRBƏST GÜLƏŞ ÜZRƏ 45-Cİ AVROPA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  7. "AZƏRBAYCAN KOMANDASI SƏRBƏST GÜLƏŞ ÜZRƏ DÜNYA KUBOKU UĞRUNDA TURNİRİN FİNALINA ÇIXMIŞDIR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  8. "DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK ÖLKƏLƏRİN İDMANÇILARI BAKIYA GƏLİRLƏR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  9. "Prezident İlham Əliyev Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir (anl.az)". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  10. "Bakıda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları keçiriləcəkdir - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  11. "Bakıda yeniyetmələrin Dünya çempionatının açılış mərasimi keçirilib (sia.az)". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  12. "Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək (FOTO) (trend.az)". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  13. "Azərbaycan güləşində yeni tarix – 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc - Azərbaycan Güləş Federasiyası (awf.az)". 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  14. (PDF) https://cdn.uww.org/s3fs-public/2023-01/final-book-11b2a4c1-2d62-11ed-8ca8-06b1e9be04dc.pdf?VersionId=X9GZWHERL8CPTDtzLf3.00dPcCC7D42v (#bare_url_missing_title). 2023-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-13.
  15. "QADINLARDAN İBARƏT AZƏRBAYCAN YIĞMASI DÜNYA ÇEMPİONU OLMUŞDUR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  16. "Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında dünya çempionu oldu". Oxu.Az (az.). 2023-09-24. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  17. "AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ ÜZRƏ YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATINDA BİRİNCİ YERİ TUTMUŞDUR". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  18. (PDF) https://uww.org/sites/default/files/2018-05/results_04_kaspiisk.pdf (#bare_url_missing_title). 2023-02-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-13.
  19. "AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ ÜZRƏ YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATINDA BİRİNCİ YERİ TUTMUŞDUR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  20. (PDF) https://cdn.uww.org/s3fs-public/2018-02/results_05_novisad_v2.pdf?VersionId=e5S.y..SA303nYBDMN5Wd.OyAFE.XjzE (#bare_url_missing_title). 2022-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-13.
  21. "Sərbəst güləş üzrə Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu olub - AZƏRTAC (azertag.az)". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  22. "Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  23. (PDF) https://cdn.uww.org/s3fs-public/2022-04/2022_senior_european_championships_official_results.pdf?VersionId=KEoKJnjfNdVsB13voNEJO9gMUHnyIlq0 (#bare_url_missing_title). 2022-04-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-13.
  24. "AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ DÜNYA KUBOKUNU QAZANDILAR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  25. "AZƏRBAYCAN YIĞMASI DÜNYA KUBOKUNU QAZANMIŞDIR - AZƏRTAC (azertag.az)". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  26. "Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ilk dəfə dünya kubokuna sahib olub VİDEO - AZƏRTAC (azertag.az)". 2019-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.

Xarici keçidlər redaktə


Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024