Nupediya Haqqinda Melumat - Vikipedia

Nupediya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nupediya (ing. Nupedia) — ingilis dilində fəaliyyət göstərmiş ensiklopediya layihəsidir.

Nupediya
Loqonun şəkli
URL nupedia.com
Tipi Onlayn ensiklopediyalar
Dilləri ingilis dili
Müəllif (lər) Larri Senger, Cimmi Uels
Açılma tarixi 9 mart 2000
Bağlanma tarixi 26 sentyabr 2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ensiklopediyada məqalələr ekspertlər tərəfindən yaradılaraq İnternetdə azad yayılırdı. Layihənin baş redaktoru və təşkilatçısı Lourens Senqer və Bomis şirkətinin icraçı direktoru Cimmi Ueyls tərəfindən yaradılmış Nupediya 2000-ci ilin mart ayından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir.

Nupediya ensiklopediyasını viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Lakin Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi. Nupediya ensiklopediyası bağlanarkən orada 25[1] tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Vikipediya açıq ensiklopediyası Nupediya ensiklopediyası əsasında yaradılmışdır. Lakin Nupediyadan fərqli olaraq, burada yeni məqalələr könüllü internet istifadəçiləri tərəfindən yaradılır. Belə ki, hər bir könüllü internet istifadəçisi Vikipediya layihəsinə qoşularaq burada yeni məqalə yarada və digər istifadəçilərin yaratdığı məqalələri redaktə edə bilər.

İstinadlar redaktə

  1. "Chen Shun-Ling: Self-governing online communities in Web 2.0: privacy, anonymity and accountability in Wikipedia (PDF; 950 kB) Albany Law Journal. 5. May 2010" (PDF). 2017-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-01.

Xarici keçidlər redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024