Nurməhəmməd Hacıyev Haqqinda Melumat - Vikipedia

Nurməhəmməd Hacıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nurməhəmməd Hacıyev

Rusiya və Azərbaycan güləşçisi

Nurməhəmməd Murtuzəliyeviç Hacıyev (9 yanvar 1996, Qızılyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Nurməhəmməd Hacıyev
Nurməhəmməd Hacıyev 2017-ci ildə
Nurməhəmməd Hacıyev 2017-ci ildə
Şəxsi məlumatlar
Tam adı Nurməhəmməd Hacıyev
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 9 yanvar 1996(1996-01-09) (28 yaş)
Doğum yeri
Boyu 180 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2009—2020

Karyerası redaktə

Azərbaycan Güləş Federasiyası (AGF) 2013-cü ildə Nurməhəmməd Hacıyevi yeniyetmələr arasında Azərbaycan Çempionatında mübarizə aparmağa səvət elədi və Nurməhəmməd Hacıyev həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[1] Həmin il Nurməhəmməd Hacıyev Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatını isə bürünc medalla başa vurdu.[1]

Bir il sonra, 2014-cü ildə Nurməhəmməd Hacıyev Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada isə gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.[1] Nurməhəmməd Hacıyev həmin il həm də gənclər arasında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu.

2015-ci ildə növbəti dəfə gənclər arasında Azərbaycan Çempionatının qalibi olan Nurməhəmməd Hacıyev martda Polşada U23 Avropa Çempionatının gümüş medalına sahib oldu.[1] İyunda Nurməhəmməd Hacıyev Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.[1] Həmin mövsüm Nurməhəmməd Hacıyev avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qızıl, noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medallarına sahib oldu.[1]

Nurməhəmməd Hacıyev 2016-cı il ərzində Belarusda A. Medved Turnirinin, Bolqarıstanda U23 Avropa Çempionatının, Almaniyada isə Almaniya Qran-Prisinin qızıl medallarına sahib oldu.[1] 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olan Nurməhəmməd Hacıyev 2018-ci ildə Avropa Çempionatlarında debüt elədi.[1] Rusiyada baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Nurməhəmməd Hacıyev həmin il həm də Kiyev Turnirinin, həmçinin Rusiyada D. Korin və V. Semenov beynəlxalq turnirlərinin də qalibi oldu.[1]

2019-ci il ərzində Nurməhəmməd Hacıyev Rumıniyada Avropa Çempionatının bürünc, Belarusda Avropa Oyunlarının isə gümüş medallarına sahib oldu.[1] 2020-ci ilin fevralında İtaliyada Avropa Çempionatını beşinci pillədə başa vuran Nurməhəmməd Hacıyev 2020-ci ildə idmanla vidalaşdı.[1]

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan  Azərbaycan
1
2013
Yeniyetmələrin Avropa Çempionatı Monteneqro  Monteneqro
1.
2
Yeniyetmələrin Dünya Çempionatı Serbiya  Serbiya
3.
3
2014
Gənclərin Avropa Çempionatı Polşa  Polşa
1.
4
Gənclərin Dünya Çempionatı Serbiya  Serbiya
5.
5
2015
U23 Avropa Çempionatı Polşa  Polşa
2.
6
Avropa Oyunları Azərbaycan  Azərbaycan
5.
7
Gənclərin Dünya Çempionatı Braziliya  Braziliya
1.
8
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
2.
9
2016
A. Medved Turniri Belarus  Belarus
1.
10
U23 Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
1.
11
Almaniya Qran-Prisi Almaniya  Almaniya
1.
12
2017
İslam Həmrəyliyi Oyunları Azərbaycan  Azərbaycan
1.
13
2018
Kiyev Turniri Ukrayna  Ukrayna
1.
14
Avropa Çempionatı Rusiya  Rusiya
3.
15
D. Korin Turniri Rusiya  Rusiya
1.
16
V. Semenov Turniri Rusiya  Rusiya
1.
17
2019
Avropa Çempionatı Rumıniya  Rumıniya
3.
18
Ə. Əliyev Turniri Rusiya  Rusiya
3.
19
Avropa Oyunları Belarus  Belarus
2.
20
2020
Avropa Çempionatı İtaliya  İtaliya
5.

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 International Wrestling Database. "NURMAGOMED GADZHIEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2020-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.

Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024