Osmanlı-Qacar müharibəsi (1906-1907) Haqqinda Melumat - Vikipedia

Osmanlı-Qacar müharibəsi (1906-1907) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Osmanlı-Qacar müharibəsi (1906-1907)

Osmanlıların Qacarlara hücumu 1906-cı il avqustun sonlarında Sultan Əbdülhəmidin İrandakı qarışıqlıqdan faydalanıb sərhədə ordu göndərməsi və Bağdad valisinin əmri ilə baş verdi.[1] 500 əsgərdən ibarət Osmanlı ordusu Banədən İranın Luristanına və Seyfi, Malaxatoy və Baqasi əyalətlərinə doğru yürüş edərək yol boyu əkinləri yandırdı. Hanakin vətəndaşları da Osmanlı pasportlarını almağa və Osmanlı ordusuna yazılmağa məcbur edilirdilər. Avqustun 24-də Qacar hökumətinin Osmanlıya qarşı etirazından sonra Bandakı Osmanlı sərkərdəsi geri çəkilmək əmrinin olmadığını bildirdi və iki gün sonra Osmanlılar Urmiya yaxınlığında dayandılar. Sentyabrın 8-də Osmanlılar Çankaçen və Paradüssel bölgələrini işğal etdilər. Osmanlı qüvvələri daha sonra Mahabadın cənub-qərbindəki bir nöqtədən Xoyun qərbindəki bir nöqtəyə qədər uzanan bir torpaq zolağı zəbt etdi.[2] Osmanlılar 1907-ci ilin avqustun 3-ündə Mergaveri işğal etdi. 6 Avqustda Osmanlı qüvvələri Urmiyayı təhdid etdi. 2 Oktyabrda Osmanlılar Urmiyayı mühasirəyə aldı və ələ keçirdi.

Osmanlı-Qacar müharibəsi
İranda etnik və siyasi münaqişə
Tarix 23 Avqust 1906 - 6 Avqust 1907
Yeri Luristan və Urmiya
Nəticəsi

Osmanlıların tam qələbəsi

Kürd baban əmirliyinin süqutu
Münaqişə tərəfləri

Qacar dövləti

Kürd baban əmirliyi

Osmanlı imperiyası

Komandan(lar)

Rza şah Pəhləvi

Xəlil Kut

Tərəflərin qüvvəsi

1.800

500

Toqquşma sonrası redaktə

1905-ci ildə Qacar dövlətində başlayan qarışıqlıqlar 1925-ci ildə Pəhləvi hakimiyyətinin qurulmasıyla sona çatdı. Osmanlı ordusu nəhayət 1911-ci ildə Rusiya Ordusu tərəfindən İrandan qovuldu.[3] Bu müharibə 1914-18-ci illərdə yenidən başlayacaq və Osmanlı rus, ingilis, erməni, assur və qacar qüvvələrinə qarşı məğlub olaraq geri çəkiləcəkdir.

İstinadlar redaktə

  1. Iran: 1906-1907. ISBN 9781852077105.
  2. The Treatment of Armenians in the Ottoman Empire, 1915-1916: Documents Presented to Viscount Grey of Falloden by Viscount Bryce (İngiliscə). Gomidas Institute. 2000. ISBN 9780953519156.
  3. Iran and the First World War: Battleground of the Great Powers (İngilizce). I.B.Tauris. 30 Haziran 2006. 70. ISBN 9781860649646.

Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024