Parni iz Baku (1967-1971) Haqqinda Melumat - Vikipedia

Parni iz Baku (1967-1971) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Parni iz Baku (1967–1971)

(Parni iz Baku (1967-1971) səhifəsindən istiqamətləndirilmişdir)

Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları.

Parni iz Baku
1968-ci ildə "Parni iz Baku"
1968-ci ildə "Parni iz Baku"
Liqa Yüksək Liqa
Ölkə  Azərbaycan SSR
Şəhər Bakı
Ləqəbi Bakılı oğlanlar
Kapitan Yuli Qusman
Titulları Yüksək Liqa çempionu (1967/1968 və 1969/1970 mövsümü)
Kubokları Çempionlar çempionu kuboku (1970)

Tarixi redaktə

1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur.

Mövsüm 1967/68 redaktə

1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır:

"  Kapitanlar müsabiqəsi oynayırıq. Rəqibim Moskva inşaat-mühəndislik institutundan Andrey Menşikovdur. Eynəkli və mədəni bir oğlan əzizim. Mən isə, o vaxtlar, qara bığlarımla, meyvə-tərəvəz satıcısına oxşuyurdum. Dənizi KVN-i oynayırdıq. Əvvəlcədən hazırlaşmaq lazım idi, mövzunu öyrənmək – düyünləri, dəniz şifrələrini. Əlbəttədə ki, mənim vaxtım yox idi.

Tapşırıq: zaldan istənilən xanımı seçmək və onun arzusunu yerinə yetirmək. Andrey öz həyat yoldaşını seçdi – cavan qız idi. "Andruşenka, - o deyir, - onunla kapitan kapitanla kimi danış." O öz ciblərindən dəsmal çıxardır və mənə dəniz əlifbası vasitəsi ilə nəsə göstərir. Mənim də, bu haqda heç bir anlayışım yoxdur. O bunu anlayır və firanvanca mənə əl yelləyir. Zal dondu – mənim üzümdən bilinir ki, mən batdım, heçnə anlamıram. Hazırrıq etməmişəm. Canlı yayımdır. Televizor qarşısında anam, atam, bütün Bakı, bütün ölkə oturub. Amma o əl yelləyənəcən, ağlıma bir fikir gəldi və mən anladım ki, qalib gəlmişəm. Ona dedim ki, bu hərəkəti yenidən təkrar et – hamı elə bildi ki, uğursuzluğum baş verəcəyi anı uzadıram. Andrey yenidən, razıcasına, yelləyir. Bundan sonra, bir kəlməsiz, mən mikrofona "nöqtə-tire-nöqtə-tire-tire-nöqtə....." "cavabını" döydüm.

Güya ki, Morze əlifbasıdır. Bir neçə saniyə ərzində, mən anladım ki, mənim hazırraşmağa vaxtım olmadığı kimi, onun da vaxtı olmayıb və Morze əlifbasını da, çox güman ki, bilmir. Münsiflər də bilmir. Çox güman ki, zaldan da heç kim bilmir və mən bundan istifadə etdim. Andrey heç kimin başa düşmədiyi sual verdi və heç kimin başa düşmədiyi cavab aldı.[1]

" 

Varisi redaktə

İstinad redaktə

  1. "Шутки с бородой. Интервью Ю. Гусмана газете «Московская неделя». 1.04.2011 г." 2011-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  2. "А. В. Меньшиков о КВН". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:România_liberă_1887-01-09,_nr._2820.pdf Fayl:Monitoenl_Oficial_al_României._Partea_I_2009-08-17,_nr._572.pdf mediawebvenezula-women-seeking-men Fayl:Les_estampes_du_XVIIIe_siècle,_école_française_-_guide-manuel_de_l'amateur_(IA_lesestampesdu Fayl:Historical_discourse_delivered_on_the_occasion_of_the_semi-centennial_year_of_the_Reformed_chur Fayl:Herringshaw's_rucyclopedia_of_American_biography_of_the_nineteruth_crutury_1906_(IA_herringshaw Fayl:Herringshaw's_trcyclopedia_of_American_biography_of_the_ninetetrth_ctrtury_1906_(IA_herringshaw mediaDave-Clash-ft-Stormzy-(oFqVvjq6BGM) Fayl:Hymns_For_Private_Devotion_For_The_Sundays_And_Saints'_Days_Throughout_The_Year_(IA_HymnsForPri Fayl:Lectures_on_obsteazic_operations_(elecazonic_resource)_-_including_the_azeatment_of_hæmorrhage Fayl:Kentaro_Miura.png Fayl:Remedial_gymnastics_for_heart_affections_used_at_Bad-Nauheim_-_being_a_enanslation_of_"Die_Gymn Fayl:Report_of_the_speech_delivered_by_the_Rev._John_C._Martin,_fellow_of_Trinity_College,_Dublin_(m Fayl:Canada's_sons_on_Kopje_and_Veldt_(microform)_-_a_historical_account_of_the_Canadian_contingents Fayl:Lives_of_the_Early_Painters-_Andrea_Castagno_and_Luca_Signorelli_(IA_jstor-25306582).pdf Fayl:The_theory_of_sazains._A_comprudium_for_the_calculation_and_consazuction_of_bridges,_roofs_and_ ruxeberbdu-nun-sabah-qruplarinda-doqquz-yazi-ixtisas-ve-ixtisaslasma-acilacaq-siyahi.html Fayl:OVERSIGHT_HEARING_ON_U.S._FOREST_SERVICE_STRATEGIC_PLAN_UNDER_THE_GOVERNMENT_PERFORMANCE_AND_RE Portal:Anime_və_manqaSeçilmiş_məqalə1 Fayl:Catalogue_of_the_second_portion_of_the_exttrsive_and_valuable_collection_of_coins_and_medals,_i
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024