Pol Dano Haqqinda Melumat - Vikipedia

Pol Dano Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pol Dano

ABŞ aktyoru

Pol Frenklin Dano[3] (ing. Paul Franklin Dano; 19 iyun 1984[1][2], Harlem, Nyu-York ştatı)[4]ABŞ aktyoru. Karyerasına Brodvey tamaşalarında çıxışlar edərək başlayıb. 2001-ci ildə çəkilmiş "L.I.E." filmindəki roluna görə "Müstəqil ruh" mükafatına layiq görülüb. 2006-cı ildə rol aldığı "Balaca günəş işığı" filmi ilə geniş tanınma əldə edib. O, Pol Tomas Andersonun rejissorluğu ilə çəkilmiş "Qan töküləcək" filmində əkiz personajları canlandırıb. Bu filmdəki performansına görə aktyor "BAFTA" mükafatına namizəd göstərilib.

Pol Dano
ing. Paul Dano
Pol Dano 2015-ci ildə
Pol Dano 2015-ci ildə
Doğum adı Paul Franklin Dano
Doğum tarixi 19 iyun 1984(1984-06-19)[1][2] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Partnyoru
  • Zoi Kazan[d] (2007–)
Fəaliyyəti aktyor, film prodüseri, musiqiçi, teatr aktyoru, televiziya aktyoru, kino aktyoru, ssenarist, səsləndirmə aktyoru[d], kinorejissor
Fəaliyyət illəri 1998-ci ildən
IMDb ID0200452
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Pol Dano Nyu-York ştatında yerləşən Nyu-York şəhərində anadan olub. Anası evdar qadın atası isə maliyyə məsləhətçisidir.[5] Aktyorun özündən yaşca kiçik Sara adlı bacısı var.[6][7][8] Pol uşaqlığını Nyu-York şəhərində böyüyərək keçirib və təhsil almaq üçün Browning School-a gedib.[7][9] Dano uşaq ikən ailəsi ilə birlikdə Konnektikut ştatında yerləşən New Cannan şəhərinə köçüb. Bir müddət sonra onlar yenidən köçmək qərarına gəldilər və nəhayət, onlar Konnektikutdakı digər şəhər olan Wiltonda məskunlaşdılar. Pol Dano Viltondakı məktəbdə təhsilinə davam etmiş və 2002-ci ildə bu məktəbdən məzun olmuşdur. Pol daha sonra Nyu-York şəhərində yerləşən Eugene Lang kollecinə təhsil almağa yollanmışdır.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. 1 2 Paul Dano // filmportal.de. 2005.
  2. 1 2 Paul Dano // Internet Broadway Database (ing.). 2000.
  3. "'Wildlife' | Anatomy of a Scene". The New York Times. November 1, 2018. November 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2018.
  4. Cammila Collar. "Paul Dano – Biography". Movies & TV Dept. The New York Times. 2015. June 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 17, 2015.
  5. Keegan, Rebecca. "Paul Dano on His Terrifying Batman Villain and Why He's No Longer Scared of Going Hollywood". The Hollywood Reporter. March 2, 2022. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2022.
  6. Grandjean, Pat, "First People" column, item titled "The Buzz", Connecticut Magazine, November 2006, p. 17.
  7. 1 2 "Spotlight again on Wilton's Paul Dano". The Hour. March 5, 2008. February 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2022.
  8. "'Ruby Sparks' Paul Dano chills out in Pennsylvania". Morning Call. July 26, 2012. March 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2022.
  9. "Fair Game – Paul Dano". Public Radio International.[ölü keçid]

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024