Portal:İslandiya/Tarixə nəzər Haqqinda Melumat - Vikipedia

Portal:İslandiya/Tarixə nəzər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:İslandiya/Tarixə nəzər

İslaniya Respublikasının yerləşdiyi eyni adlı adanın tarixinə verilən ümumi ad. İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam aslı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, NorveçDanimarka arasında üçtərəfli uniya imzalanır. 1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununlada İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı. Qısa zaman ərzində kilsə əlehinə başlanan hərəkat xalq hərəkatına cevrildi. 1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. 1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərilik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıtmışlar. XVII əsr İslandiya üçün uğurlu olmamışdır. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti ada da yaşan islandların bir qurupunun ölməsinə və bir qisminində Danimarkaya köcməsinə səbəb olmuşdur. 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir. Həmin İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan etdi. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatları olmuşdur. İslandiya 1949-cu ildə NATO-ya üzüv olmuşdur.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024