Portal:Böyük Britaniya/Şəhərlər Haqqinda Melumat - Vikipedia

Portal:Böyük Britaniya/Şəhərlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Böyük Britaniya/Şəhərlər

London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər də mövcuddur ki, bunlardan dördü daha diqqətə layiqdir:

  1. Latın mənşəli oub, "Lond" sözündən götürülmüşdür ki, bu da "Xam ( əl dəyməmiş ) yer" mənasını verir.
  2. Kelt mənşəli olub, iki sözdən: "Llyn" (göl) və "Dun" (bənd, dayaq): keltlərin zamanında şəhər "Llyndid" adlandırılmışdır.
  3. Qədim Avropa mənşəli Plowonida sözündən əmələ gəlmiş və "daşıb-tökülən çay" mənasını daşıyır.
  4. Latın mənşəli olub şəxs adından götürülmüşdür və "qüdrətli" deməkdir.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024