Portal:Bakı/Tarixə nəzər Haqqinda Melumat - Vikipedia

Portal:Bakı/Tarixə nəzər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Bakı/Tarixə nəzər

Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya-Ermənistan-Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kompaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi. Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi. Bakının şimalındakı ŞamaxıMərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024