Portal:Məhəmməd Füzuli/Sitat Haqqinda Melumat - Vikipedia

Portal:Məhəmməd Füzuli/Sitat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Məhəmməd Füzuli/Sitat



Tutuşdu qəm oduna şad gördügün könlüm,

Müqəyyəd oldu ol azad gördügün könlüm.


 Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,

Fəzayi-eşqdə abad gördügün könlüm.


 Nə gördü badədə bilmən ki, oldu badəpərəst,

Mürid məşrəbü zöhhad gördügün könlüm.


 Fəraqın odunu gördükcə mum tək əridi,

Səbatü səbrdə fulad gördügün könlüm.


 Gətirdi əcz, görüb eşq müşkül olduğunu,

Qamu hünərlərə ustad gördügün könlüm.


 Degildi böylə, dəmində bir əhli-işrət idi,

Bu qanlar içməgə mö’tad gördügün könlüm.


 Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,

Əsiri-möhnəti-Bəğıdad gördügün könlüm.


“Tutuşdu qəm oduna şad gördügün könlüm”

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024