Portal:Polşa/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Polşa/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Polşa/Seçilmiş məqalə

Polşa və ya Polşa Respublikası (pol. Rzeczpospolita Polska) — Avropada dövlət. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex RespublikasıSlovakiya, şərqdə UkraynaBelarus, şimalda isə Baltik Dənizi, LitvaRusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarkaİsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır. İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. Bugün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan (pol. województwo) ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024