Portal:Qədim Misir/Seçilən məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Qədim Misir/Seçilən məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qədim Misir/Seçilən məqalə

"Coser ehramı" — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir. Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdi Məqaləni oxu...

Saytda 218 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024