Portal:Qədim Misir Haqqinda Melumat - Vikipedia

Portal:Qədim Misir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qədim Misir

Qədim Misir portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

"Coser ehramı" — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir. Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdi Məqaləni oxu...
redaktə  

Şəxsiyyətlər

"İmhotep" — (jY-m-ḥtp „Əminamanlıqla dünyaya gəlmiş") e.ə. 2700 ci illərdə Coser ehramını inşa etmiş qədim dövrə aid yer üzündə sayılan ilk memar, ixtiraçı alim, firon Coserin müşaviri (vəziri) və Misir təbabətinin banisi olmuşdur. Yeni dövrdən onu təbabət tanrısı sayırdılar. Hansı kökə və mənşəyə malik olması mübahisəlidir. Onun Sakkarada tapılmış heykəlinə əsasən fikir yürüdülür ki, o, III sülalə fironu Coserin ya qardaşı ya da oğlu olmuşdur. Coser ehramının memarı qədim Misir ənənəsinə görə Coserin ən ali kahini olmuş İmhotep olmuşdur. Kahin İmhotep dövrünün ən müdrik və bacarıqlı xadimi sayilirdı. O, həm bacarıqlı müəllim, həkim olmaqla yanaşı həm də munəccim idi. Firon Coserin heykəlinin altındakı firon titullarından sonra İmhotepin adının həkk olunması, onun nə dərəcə də ali rütbəli və mənsəb, söz sahibi olmasına dəlalət edir: "Aşağı Misir fironunun xəzinədarı Yuxarı Misirdə firondan sonra birinci adam, böyük sarayın ağası (idarəedicisi), Heliopolisin baş kahini, memar, heykəltəraş İmhotep". Sonralar İmhotep ilahiləşdirlərək onu memarlıq və təbabət tanrısı adlandırmışlar. Yunanlar onu özlərinin təbabət tanrısı – Askleplə eyniləşdirirlər. Ziyarətçilər Sakkaraya gələrkən mütləq onun məzarına baş çəkərmişlər. İndiyə qədər onun məzarı tapılmamışdır. Sakkarada İmhoteplə və həmçinin müdriklik, yazı və elm tanrısı Totla eyniləşdirilən ibis (quş) mumyaları günümüzədək gəlib çıxmışdır.Məqaləni oxu...
redaktə  

Seçilən şəkil

Böyük sfinks
redaktə  

Bilirsinizmi

  • Duat Duat (kopt Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası...
  • Firon Qədim Misirdə padşah, çar, kral...
  • Rozetta daşı yoxsa Rəşid daşı...
  • Mastaba oturacaq kətil yoxsa qəbir...
redaktə  

Xəritə

redaktə  

Mifologiya və tarix

redaktə  

Tarixə nəzər

"Kadeş döyüşü" — Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki SuriyaLivan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim MisirHet çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmosis tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Məqaləni oxu...
redaktə  

Kateqoriyalar

redaktə  

Əlaqəli portallar

Qədim Misir Vikixəbərdə  Qədim Misir Vikisitatda  Qədim Misir Vikikitabda  Qədim Misir Vikimənbədə  Qədim Misir Vikilüğətdə  Qədim Misir Vikiversitetdə  Qədim Misir Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024