Portal:Qadın/Filmoqrafiya və Ədəbiyyat Haqqinda Melumat - Vikipedia

Portal:Qadın/Filmoqrafiya və Ədəbiyyat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qadın/Filmoqrafiya və Ədəbiyyat

Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsey Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!".

Tina Fey Rozalind Vaysmanın "Queen Bees and Wannabes" romanını oxuduqdan dərhal sonra onu çox maraqlı və gülməli adlandırdı və prodüsser Lorn Mayklzla birgə romanın əsasında gözəl bir filmin çəkilişlərinə başlayacaqlarına qərar verdilər. Mayklz Paramount Pictures ilə əlaqə saxlayaraq kitabın müəllif hüquqlarını əldə edə bildi. Bundan sonra Tina ssenari yazılışlarına razı oldu. Tina romanda bir sıra süjet xətlərinin olmadığı qeyd edərək, məktəbdə oxuyarkən rastlaşdığı hadisələri və öz təxəyyülün köməyi ilə (xüsusən də cəmiyyətdən uzaqlaşdırılmış Cenis İen personajı qismində) filmin ssenarisinə əlavə etdi. Real Cenis İen Saturday Night Live epizodun çəkilişlərinə gələn ilk musiqili qonaq idi. Onun o zaman 17 yaşı var idi, o bir neçə mahnı ifa etdi və filmə diqqətlə baxsaq, fon rejimində onun mahnılarını eşitmək olar. Həmçinin filmdə Kaplanı davamlı sürətdə lesbiyan adlandırırlar və əslində Cenis İen personajı doğrudan da lesbiyandır.

Məqaləni oxu...


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024