Portal:Qarabağ/Seçilmiş şəxsiyyət Haqqinda Melumat - Vikipedia

Portal:Qarabağ/Seçilmiş şəxsiyyət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qarabağ/Seçilmiş şəxsiyyət

Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoqictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir. Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifi.


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024