Portal:Təsəvvüf/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Təsəvvüf/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Təsəvvüf/Seçilmiş məqalə

Təsəvvüf – (ərəbcə: صوفية) və ya Sufizmİslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Bəşəriyyət tarixi ilə düşünülə bilinəcək mövzulardan biri də, özündə ilahi sirr və bilgilərin olduğu mistik düşüncədir. Gizlilik anlamını ehtiva edən latın mənşəli bu kəlmə tədricən fəlsəfi və dini mahiyyət almışdır.

Müəyyən mənada gizlilik əsasında dayanana mistisizmdə maddiliyə qarşı ruhani (zöhd) və seyri-süluk kimi təcrübi bir sıra hallar olduğu görünür. Mistik təcrübənin və mistik anlayışın islam, xristianiudaizm dünyası, yunan düşüncəsi, brahmanizm, buddizmmanixeizmdə fərqli inikasları olduğu söylənilir. Lakin təsəvvüfə sırf mistisizm kimi baxmaq da düzgün deyil. Təsəvvüf və qeyri-islami mistisizm arasındakı fərqlər qısaca belə izah olunur: Qeyri-islami mistisizmdə metodsuzluq və passivlik hakimdir. Burada şeyxə bağlanma kimi bir vəziyyət nəzərdə tutulmur. Şeyx olmadığı üçün mürşidlər silsiləsi kimi bir ənənə də mövcud deyil. Müəyyən zamanlarda edilən vird və zikrlər olmamaqda və insanlar öz bacarıqlarına görə mistisizmdə yerlərini tuturlar. Hər hansı bir ierarxiya yoxdur və son çatıla biləcək nöqtə elmül-yəqin dərəcəsidir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024