Qımıl Haqqinda Melumat - Vikipedia

Qımıl Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qımıl

2009 cu ilin statistikasına görə bu kənddə 500 dən çox sakin yaşayır

QımılAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir.[1]

Qımıl
41°17′33″ şm. e. 48°20′25″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 950 m
Saat qurşağı
Əhalisi
Əhalisi 512 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qımıl xəritədə
Qımıl
Qımıl

Tarixi redaktə

  • Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%).

Toponimikası redaktə

Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir. Kənd adını ərazidəki eyniadlı çaydan almışdır. Zaqatala r-nunda Qumil aşırımı qeydə alınmışdır.[2]

Mədəniyyəti redaktə

  • Kənddə 11-illik məktəb və onun nəznində bələdiyyə fəaliyyət göstərir. Bölgədə ən çox ali təhsilli və savadlı ziyalılar bu kənddən çıxmışdır.

Coğrafiyası və iqlimi redaktə

  • Qımıl kəndini Qımıl qazma kəndi ilə Qudyalçay ayırır. Bu kəndlər qohum kəndlərdir. Şərqdən Küpçal, Qərbdən isə Küsnətlə sərhəddir.

Əhalisi redaktə

Əhalisi etniki baxımdan ləzgilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 512 nəfər əhali yaşayır.[3]

Tanınmışları redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024