Qətlin xatirələri (film, 1990) Haqqinda Melumat - Vikipedia

Qətlin xatirələri (film, 1990) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qətlin xatirələri (film, 1990)

Qətlin xatirələri (ing. Memories of Murder və ya ing. Passing through Veils[1]) — Nensi Allenin baş rolunu canlandırdığı, Robert Luizin rejissoru,[2][3] Con Harrisonun isə ssenaristi olduğu 1990-cı il cinayət-döyüş janrında çəkilmiş televiziya filmi.

Qətlin xatirələri
ing. Memories of Murder
Janr döyüş filmi, triller filmi
İlk baxış tarixi 1990
Ölkə
Dil ingilis dili
IMDb ID0100132

"Qətlin xatirələri" Lifetime telekanalı üçün istehsal edilmiş bir çox orijinal filmlərdən birincisidir və populyarlığına görə sonradan 31 iyul 1990-cı ildə VHS və DVD-də yayımlanmışdır. Filmin ulduzlarından biri də aktrisa Venitidir. Çəkilişlər Britaniya Kolumbiyasında aparılıb.

Məzmun redaktə

Cennifer (Nensi Allen) amneziyadan o dərəcə əziyyət çəkir ki, hətta öz həyat yoldaşını və qızını tanıya bilmir. Olduqca çaşqın və iztirablı bir şəkildə ümidsizcə həyatını parçalara ayırır və bununla da qaranlıq keçmişindən qalma bəzi qəribə sirlərə rast gəlir. O, keçmişdə həyatına daxil olmuş qadın qatilin onu izləmək və özünü və ailəsini qətlə yetirməklə intiqam almaq niyyətində olduğunu aşkar edir.

Rollarda redaktə

İstinadlar redaktə

  1. Thomas Riggs, Contemporary Theatre, Film and Television, 2005, 2020-08-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-03-11
  2. "Toronto", Hollywood Reporter, 311, 1990, 2020-08-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-03-11
  3. "Memories of a Murder (1990)". Turner Classic Movies. İstifadə tarixi: August 31, 2010.

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024