Qalaktika mühafizəçiləri (2008) Haqqinda Melumat - Vikipedia

Qalaktika mühafizəçiləri (2008) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qalaktika mühafizəçiləri (2008)

Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – Marvel Comics nəşriyyatı tərəfindən 2008-ci ildə yaradılmış kosmik superqəhrəman komandası. Komanda Den AbnettEndi Lenninq tərəfindən yaradılmış və ilk üzvləri Ulduz lordu, Reaktiv yenot, Adam Uorlok, Qamora, Dağıdıcı Draks, Kvasar olmuşdur.

Qalaktika mühafizəçiləri
"Guardians of the Galaxy" cild 2, #1 (may 2008)
NəşriyyatMarvel Comics
Yayım tarixi"Annihilation: Conquest" #6 (aprel 2008)
YaradanDen Abnett (yazıçı)
Endi Lenninq (rəssam)
Hekayə məlumatı
BazaNauvere
ÜzvlərHazırkı üzvlər
Dağıdıcı Draks
Qamora
Qrut
Qarışqa-adam
Ulduz lordu
Reaktiv yenot
Tam siyahı
Bax: Qalaktika mühafizəçilərinin üzvlərinin siyahısı

Qalaktika mühafizəçiləri ilk dəfə "Annihilation: Conquest" komiksinin 6-cı sayında peyda olmuşdur. 2014-cü ildə MKK-ya daxil olan film adaptasiyası çəkilmiş və böyük uğur qazanmışdır. 2017-ci ildə filmin sikveli buraxılmışdır. Qalaktika mühafizəçiləri bu ada sahib 2-ci komandadır. Orijinal komanda 1969-cu ildə Cin KolanArnold Dreyk tərəfindən yaradılmışdır.

Nəşrolunma redaktə

Hazırkı müasir komanda 2008-ci ilin mayında Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk dəfə "Annihilation: Conquest" hekayəsində peyda olmuşdur. Başlıq həmçinin "Nova" cild 4 ilə paralel irəliləmişdir (bu komiks də eyni yazıçı və rəssam tərəfindən yazılmışdır). Komiks 2010-cu ilin aprelində 25 sayla ləğv olunmuşdur.

Komanda "Avengers Assemble" #4–8 (iyun–oktyabr 2012) saylarında yenidən birləşmişdir.

Komanda "Marvel NOW!" zamanı da yeni seriyaya qovuşan komikslərdən biri oldu. Əvvəlki Mühafizəçilərlə yanaşı Dəmir adam da komandaya qoşulmuşdur. Daha sonra Casus Venom, Kapitan Marvel və Ancela komandanın tərkibinə qatılanlar oldular. Film adaptasiyasından sonra Ulduz lordu, Qrut və Reaktiv yenot üçün solo komikslər buraxıldı.

İstinadlar redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024