Qara dərə keçidi döyüşü Haqqinda Melumat - Vikipedia

Qara dərə keçidi döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qara dərə keçidi döyüşü

Qara dərə keçidi döyüşüTeymuri imperiyasından Pir Məhəmmədlə türk tayfalarından ibarət Qaraqoyunlu konfederasiyasından Qara Yusifin arasında baş vermiş döyüş. Döyüş 1395-ci ildə Türkiyənin şərqindəki Van gölü yaxınlığında baş vermişdir.[1]

Qara dərə keçidi döyüşü
Teymuri-Qaraqoyunlu müharibələri
Tarix 1395
Yeri Qara dərə keçidi, Van gölü yaxınlığı
Səbəbi Teymuri işğalları
Nəticəsi Qaraqoyunlu qələbəsi
Münaqişə tərəfləri

Qaraqoyunlular

Teymurilər

Komandan(lar)

Qara Yusif

Pir Məhəmməd

Arxa plan redaktə

Əbu Səid Bahadur xanın ölümündən sonra Elxanilərin zəifləməsi nəticəsində Çobanilər, Cəlairilər, İncuidlər və Müzəffərilər İraqda, İranda, Azərbaycanda, GürcüstandaErmənistanda hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Bu onları zəiflətdi və 1393-cü ildə Teymur üçün mükəmməl hədəfə çevirdi. O, bütün bu regionları ələ keçirdi və Şərqi Anadolunu yağmaladı, lakin onun vətənindən uzun müddət uzaqda qalması dövlətin ali təbəqəsinin üzvlərini və ailəsini narahat etməyə başladı, nəticədə Teymur nəvəsi (Ömər Şeyx Mirzənin oğlu) Pir Məhəmmədi ailəsinin və regionun təhlükəsizliyini təmin etmək üçün 1395-ci ildə Şiraza göndərdi.

Pir Məhəmməd onu müşayiət edəcək Qiyasəddin Tarxan və Əmir Şəmsəddin Abbasla birlikdə Teymurun əsas qüvvələrindən ayrıldı və Məvaraünnəhrə yola düşdü. Ərdəbilə çatarkən onlara kəşfiyyat məkumatı gətirildi ki, Qaraqoyunlu qüvvələri Qara Yusifin komandanlığı altında Alahtauk ətraflarına cəmləşmiş və Xoya hücum etmə planı hazırlamışdır.

Qiyasəddin Tarxan və Əmir Şəmsəddin Abbas Səmərqəndə getməyə davam etdirərkən, Pir Məhəmməd kəsmə yolla Təbrizə yönəldi və burada əyalətdəki Teymuri ordusunu toplamağa başladı. Ona kömək üçün Miranşah tərəfindən bir neçə zabit də göndərildi.

Döyüş redaktə

Pir Məhəmməd gecikmədən Qara Yusifə hücum edərək onun planlarını pozmaq fikrində idi. O, Qaraqoyunlu qoşununa onlarla toqquşmadan yayınaraq yaxınlaşmağı bacardı və onun göndərdiyi kəşfiyyta qrupları Qaraqoyunlu ordusu barədə önəmli məlumatlar əldə etdilər. Qara dərə keçidi üzərinə hücuma keçən gənc Teymuri şahzadəsi Qaraqoyunluları məğlub etməyi bacardı. Sağ qala bilən qaraqoyunlular Van gölünə axan Bendimahi çayına doğru geri çəkildilər.[2]

Teymurilərin yaxınlaşması barədə kəşfiyyat məkumatı əldə edən Qara Yusif dərhal qoşunlarını geri çəkməyə başlamışdı. Pir Məhəmməd Bendimahi məntəqəsinə onların arxasıyca gəldi və buradan Qara Yusifi təqib etmək üçün dəstə göndərdi.

Döyüş sildırım qayalıqlar olan çətin coğrafi xüsusiyyətlərə malik yerdə baş vermişdi. Bu yer sonradan Osmanlı ilə Səfəvilərin sərhəd bölgələrindən birini təşkil etmişdir.

Nəticə redaktə

Qara Yusif arxasında heç bir iz buraxmadan yoxa çıxdı. Onu izləyib bir şey əldə edə bilməyən Pir Məhəmməd əməliyyatı sonlandırmağın daha düzgün olacağı qərarına gəldi və Şiraza doğru yola çıxdı. O, buradan ilk öncə Sultaniyyəyə getdi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Battle of Qara-Derrah Pass". frankensaurus.com.[ölü keçid]
  2. "The Battle of Qara Derrah pass". discovery.nifty.works.

Ən Son Axtarılanlar

Fayl:London_(IA_london00besarich).pdf Fayl:The_conspiracy_azial_for_the_murder_of_the_President,_and_the_attempt_to_overthrow_the_governme Fayl:Retrospects_(microform)_-_a_history_of_the_formation_and_progress_of_the_Womaz's_Missionary_Aid JurnalprotectAnar_kerimxanov Fayl:Pepper091.jpg Fayl:The_Digest_(IA_CAT11090696212).pdf Fayl:Notes_on_hydrology_and_the_application_of_its_laws_to_the_problems_of_hydraulic_rugineering_(IA Fayl:Shared_idtrtity_and_reconciliation-_can_a_future_security_framework_in_Northeast_Asia_draw_from KitabMənbələri978-1-84603-960-7 Fayl:Life_of_Dewitt_Clinton._(IA_lifeofdewittclin00renwrich).pdf Fayl:Motor_Vehicles_(Approval)_(Amtrdmtrt)_Regulations_(Northern_Ireland)_2003_(NISR_2003-124).pdf Fayl:An_analysis_of_item_idtrtification_for_additive_manufacturing_(3-D_printing)_within_the_Naval_s Fayl:Legal_and_political_status_of_women_in_Iowa_(electronic_resource)_-_an_historical_account_of_th Fayl:Ignudo_04.jpg Fayl:London_(IA_londonbesant00besaiala).pdf Fayl:Medical_adviser_and_marriage_guide_-_represazting_all_the_diseases_of_the_gazital_organs_of_the Fayl:Catalogue_of_a_loan_exhibition_of_rare_views_of_old_New_York_(IA_catalogueofloane01jord).pdf Fayl:National_Endowmazt_for_the_Arts,_The_Big_Read_-_Teacher's_Guide_to_The_Death_of_Ivan_Ilyich.pdf Fayl:How_to_live_-_enles_for_healthful_living_based_on_modern_science_-_authorized_by_and_prepared_i GlobalUsagePavo_muticus_(Tierpark_Berlin)_-_1017-899-(118).jpg
Dostlarınla Paylaş

Saytda 30 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024