Qars Muzeyi Haqqinda Melumat - Vikipedia

Qars Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qars Muzeyi — Türkiyənin Qars şəhərinin ən böyük muzeyi. Min illər boyu bir çox sivilizasiyaya ev sahibliyi edən Qarsda muzey ilk dəfə 1959-cu ildə yaradılmışdır.[2]

Qars Muzeyi
Xəritə
Əsası qoyulub 1959[1]
Ölkə
Yerləşir Qars
40°36′47″ şm. e. 43°06′36″ ş. u.
muze.gov.tr/tr/muzeler/k…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daha sonra arxeoloji qazıntılar davam etdikcə, artefaktların sayı artdıqca, Kümbət məscidinin (Qars kafedralı) binasında muzey yaradıldı.

Tarixi redaktə

Tarixi İpək Yolu üzərində yerləşdiyi üçün Qars şəhəri bölgənin ən əhəmiyyətli qədim şəhəridir. Muzey 1959-cu ildə Qars vilayətinin arxeologiyasını, etnoqrafiyasını qorumaq üçün yaradılmışdır.

Daha sonra bölgədə aparılan işlər nəticəsində toplanan əsərlərin artması səbəbi ilə əvvəllər Kümbət Məscidi kimi tanınan Qars kafedralı ilk dəfə olaraq muzey kimi istifadə edilməyə başladı. 1964-1978-ci illər arasında qədim əsərlərin sərgiləndiyi tarixi Qars kafedralı Qars Muzeyinin ilk variantıdır.

İndiki muzey binası 1981-ci ildə açılıb. Əsərlərin toplanması, kolleksiyanın ayrılması və muzeyin şöbələrə bölünməsi illər ərzində baş vermiş və Müasir Qars Muzeyi indiki formasını almışdır.[3]

1981-ci ildə açılan Müasir Qars Muzeyi arxeoloji, etnoqrafik və daş əsərlərinin sərgiləndiyi mühüm muzeylər sırasındadır.

Binası redaktə

Muzeyin binası iki mərtəbələdir. Birinci mərtəbədə arxeoloji qazıntılarda tapılan əşyaların sərgiləndiyi Arxeologiya salonu və iş ofisləri, ikinci mərtəbəsində isə bölgənin etnoqrafik tarixinə aid eksponatlar nümayiş olunduğu Etnoqrafiya salonu yerıəşir. Muzeyin bağı açıq səma altında muzey kimi istifadə olunur.

Arxeologiya salonu redaktə

Muzeyin bu bölməsi xüsusilə məktəb yaşlı uşaqların ən çox diqqətini çəkən hissədir. Burada metalın ilk dəfə əriyib müxtəlif əşyalara çevrildiyi Tunc dövrünə aid bir çox məişət əşyaları nümayiş etdirilir.

Paleolit ​​dövrü artefaktları redaktə

Muzeyin birinci mərtəbəsindəki salonda Paleolit ​​dövrünə aid əsərlər sərgilənir. Burada 1971-ci ildə məşhur türk arxeoloqu Prof. Dr. Kılıç Kökten tərəfindən Kağızmanda aparılan qazıntılar zamanı tapılan daş baltalar, çaxmaqdaşları, mikrolitlər, qırıntılar və kəsici alətlər sərgilənir.

Bundan əlavə, muzeyin bu hissəsində iki milyon il əvvəl Buz dövrünün sonunda yaşamış dinozavrlara aid sümüklər də var.

Tunc dövrü artefaktları redaktə

E. ə. III minillikdə, yəni Köhnə Tunc dövründə Qafqazdan Anadoluya gələn hurrilərə aid qara cilalanmış kirəmit kimi tanınan terakota əşyalar[4], baltalar muzeyin bu zalında nümayiş etdirilir. Bundan əlavə, eyni dövrə aid iynələr, millər kimi tikiş ləvazimatları və broşlar, üzüklər və s. zinət əşyaları burada sərgilənir.

Urartu dövrünün artefaktları redaktə

Van gölündən Çıldır gölünə qədər geniş bir ərazidə səltənət quran Urartular dövründən Sarıqamış-Micingirt kəndindən tapılan 2 tunc Urartu qılıncı və tunc döyüş kəməri, tunc bilərziklər, əqiq muncuqlar və terakota boyalı vazalar muzeyin ən əhəmiyyətli əsərlərinlərdin.

Sikkələr redaktə

Muzeydə sərgilənən sikkələr yunanlar, romalılar, parfiyalılar, Bizans İmperiyası, Anadolu Səlcuqlu DövlətiOsmanlı İmperatorluğu dövrlərinə aiddir. Qızıl, gümüş, misqurğuşundan hazırlanmış sikkələr xronoloji ardıcıllıqla nümayiş etdirilir.

Digər əsərlər redaktə

Muzeyin bu salonunda Son Xristian dövrləriSəlcuqlular dövrünə aid taxıl qabları, romalılara, bizanslılara məxsus olan bir çox əşyalar təqdim olunur. Muzeydə daşdan hazırlanmış çoxlu artefaktlar da var. Bu əsərlərə heyvan heykəlcikləri və qollarında iki aslan olan Səlcuqlular dövrünə aid daşdan hazırlanmış mifoloji təsvir daxildir.

Müxtəlif sivilizasiyalara aid məzar daşları da diqqəti cəlb edir. Muzeydə əksəriyyətinin Səlcuqlu və Osmanlı dövrünə aid memarlıq tikililəri olduğu güman edilən yazılı kitabələr də o dövrdən günümüzə qədər həyatın izlərini daşıyır.

Etnoqrafiya salonu redaktə

Muzeyin ikinci mərtəbəsində nümayiş etdirilən etnoqrafik əsərlər XVIII-XIX-cu əsrlərdə Osmanlı dövrünə aid yerli əhalinin geyimləri, mətbəx əşyaları, kilimlər, xalçalar, silahlarəlyazma Quranlardan ibarətdir. Bundan əlavə, burada çox zəngin digər kolleksiyalar da var.

Etnoqrafik əşyalar redaktə

Qars və onun ətrafında toplanmış toxuculuq nümunələri arasında xalçalar, kilimlər, yəhər torbaları, at çulları, təsərrüfat xalçaları, yastıqqlar, namaz üçün xalçalar, çantalar, eləcə də mistuncdan qazan, nimçə, çanaq, küp, manqal, kasa, süzgəc, qaşıq kimi mətbəx ləvazimatları, həmçinin qızıl və gümüş işləməli xəncərlərqılınclar, çaxmaqlı və top tapançaları, dəmir və tunc baltalar, döyüş topubarıt var. Həmçinin gümüş bilərziklər, baş örtükləri, boyunbağılar, əlyazma və çap olunmuş antikvar kitablar, fərmanlar (sənədlər), qəzetlər və yazı alətləri kimi yazılı əsərlər burada sərgilənir.

Muzey bağı redaktə

Muzeyin bağında Rusiya hərbi heyətinin 1921-ci ildə Qars müqaviləsi zamanı xeyirxahlıq əlaməti olaraq Kazım Qarabəkir paşaya bağışladıqları tarixi Ağ vaqon var.[5]

Bağın əsas küçəyə baxan tərəfində Qarsda və ətrafında müxtəlif türk tayfalarının istifadə etdiyi qoç, qoyun, quzu və atları əks etdirən daş əsərlər, Səlcuqlulara və Osmanlılara aid yazılı kitabələr və memarlıq nümunələri sərgilənir.

İstinadlar redaktə

  1. https://kars.ktb.gov.tr/TR-54869/kars-arkeoloji-ve-etnografya-muzesi.html.
  2. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  3. "Arxivlənmiş surət". 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  4. "Arxivlənmiş surət". 2023-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  5. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.

Xarici keçidlər redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024