Qatilin inancı: Mənşə (film, 2009) Haqqinda Melumat - Vikipedia

Qatilin inancı: Mənşə (film, 2009) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qatilin inancı: Mənşə (film, 2009)

Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu.

Assasinin kredosu: Mənşə
ing. Assassin’s Creed: Lineage
Janr döyüş
macəra
Rejissor İv Simono
Prodüserlər Pyer Reymond (CEO Hybride),
Serj Haskot (icraçı prodüser),
Yannis Mallat (icraçı prodüser),
İv Qilmo (icraçı prodüser),
Yan Uathed
Ssenari müəllifləri Uilyam Reymon, İv Simono
Baş rolda Romano Orzari
Bəstəkar Corc S. Klinton
İstehsalçılar Ubisoft (Ubisoft Montreal)
Hyrbide Technologies
İlk baxış tarixi 26 oktyabr 2009
Müddət 36 dəq.
Ölkələr Kanada Kanada
Fransa Fransa
Dil ingiliscə
İl 2009
Rəng rəngli
IMDb ID1587390

Filmi kanadalı rejissor İv Simono yönəltmişdir.

Süjet redaktə

Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir.

Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur. Covanni də bir Qatil kimi təhlükə ilə üzləşməli və təqsirkar partiyanı ədalətə təslim etməlidir.

Əhvalat Qatilin İnancı II-dən əvvəl baş verir, Covanni və oğlu Ezio-nun düşmənləri eynidir.

Bölümlər redaktə

Film üç bölümdən ibarətdir. Müvafiq olaraq 14, 14 və 9 dəqiqəlik üç kiçik bölüm.

Film "Sonluq... sənin əllərindədir" (ing. The conclusion... is in your hands) sözləri ilə bitir (Başqa bir deyimlə: "Nəticə səndən asılıdır"). Həm də film bitərkən Qatilin İnancı II üçün mövzu qoyur.

Rollarda redaktə

Film və oyun eyni heyət tərəfindən hazırlanıb. Hekayə səhnələri üçün bütün aktyorların (Devon Bostik istisnadır) hərəkətləri qeydə alındı, üzləri skan olundu, səsləri isə yazıldı

Əhəmiyyətli reaksiyalar redaktə

2010-cu il İGN-in məlumatına görə, "Qatilin İnancı: Mənşə! filminin ən çox izlənilən filmlərdən olmasının səbəbi onun yaxşı yönləndirilmiş süjeti, və videooyun əsasında çəkilməsinə baxmayaraq kinematoqrafiya elementlərinə də diqqət edilmiş olmasıdır.Filmin başqa bir yaxşı tərəfi xüsusi effektlərin yaxşı işlənməsi, intibah dövrü stilinin yaxşı hazırlanması olmuşdur. Tənqidçilər də bir çox əsas xarakterin, o cümlədən Covanni Auditore və Rodriqo Borciyanın keyfiyyətli səsləndirilməsini müsbət qiymətləndiriblər.[1]

İstinadlar redaktə

  1. "Assassin's Creed: Lineage Impressions – Movies Feature at IGN". 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.

Xarici keçidlər redaktə



Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024