Qazaxıstan–Polşa münasibətləri Haqqinda Melumat - Vikipedia

Qazaxıstan–Polşa münasibətləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qazaxıstan–Polşa münasibətləri

Qazaxıstan–Özbəkistan münasibətləriQazaxıstan Respublikası ilə Polşa Respublikası arasında ikitərəfli diplomatik münasibətlər. Qazaxıstanın Varşavada, Polşanın da Astanada səfirliyi var. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf BankıAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

Qazaxıstan–Polşa münasibətləri
Qazaxıstan və Polşa
 Qazaxıstan  Polşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Polşa ilə Qazaxıstan arasındakı münasibətlər etnik polyakların Qazaxıstan SSR ərazisinə, SSRİ-yə kütləvi deportasiya edildiyi andan başlayır. Polşa və Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur.

Dövlət ziyarətləri redaktə

Polşa Prezidenti Andjey Duda, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi 2016-cı ildə Polşada Polşa-Qazaxıstan İqtisadi Forumunda qəbul etmişdir. Polşa prezidentləri Aleksandr KvasnevskiLex Kaçinski, müvafiq olaraq 1999 və 2007-ci illərdə Qazaxıstanda olmuşlar. 2017-ci ildə Polşa Prezidenti Andjey Duda 3 günlük Qazaxıstanda səfərdə olmuşdur. Səfər zamanı eyni zamanda Astanada biznes-forum da start götürüb. Burada əsas məsələ iki ölkənin iqtisadi əməkdaşlığının yeni istiqamətləri, eləcə də "Bir dəhliz - bir yol” İpək yolu layihəsi olub. Görüşdə Qazaxıstanın Mərzəsi Asiyada Polşanın əsas tərəfdaşı olması vurğulanıb[1].

İqtisadi münasibətlər redaktə

2014-cü ildə ölkələr arasındakı ticarət dövriyyəsi 2,2 milyon ABŞ dollarını keçmişdir[2]. Qazaxıstana təxminən 130 milyon dollar sərmayə qoymuş 200-dən çox Polşa müəssisəsi vardır[3]. Hər iki ölkənin xarici ticarət agentlikləri, müəssisələr arasında ticarət əlaqələri qurmaq üçün iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Polşa-Qazaxıstan komissiyası qurulmuşdur[4].

Nəqliyyat əlaqəsi redaktə

LOT Polish Airlines Varşava ilə Astana arasında uçuşlar həyata keçirir.

Qazaxıstanın Polşadakı səfirləri redaktə

İ. Tutevol (1999-2000)

T. Aytmuhambetov (2000-01)

K. Jiqalov (2000-03)

T. Süleymenov (2003-05)

A. Volkov (2005-12)

E. Utembayev (2012-2016)

A. Abibullayev (05.2016-02.2017)

M. Baimuxan (7 iyun 2017-ci ildən bəri)

Polşanın Qazaxıstandakı səfirləri redaktə

Selim Xazbiyeviç (2017 - h.h);

Maçey Lanq (2015-2016);

Yaçek Kluçkovski (2011-2015);

Pavel Çeplyak (2007-2010);

Vladislav Sokolovski (2004-2007);

Zdzislav Noviçki (2000-2004);

Marek Qavęcki (1994-2000).

İstinadlar redaktə

  1. "Polşa Qazaxıstan üçün "vizasız rejimi" lobbiləşdirir". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  2. "Polish Ambassador to Kazakhstan Strongly Supports Silk Road Project". The Astana Times. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-17.
  3. "Focus on Kazakhstan". Polish Investment & Trade Agency. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-17.
  4. "PAIiIZ and Kaznex signed a cooperation agreement". Polish Investment & Trade Agency. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-17.

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024