Qordon Ramzi Haqqinda Melumat - Vikipedia

Qordon Ramzi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qordon Ceyms Ramzi (ing. Gordon James Ramsay Jr.) — Britaniyalı aşpaz, restoranlar sahibi və televiziya aparıcısı və prodüseri. Onun restoranları ümumilikdə 16 Michelin ulduza layiq görülüb.[2][3]

Qordon Ramzi
Qordon Ceyms Ramzi
Doğum tarixi (57 yaş)
Doğum yeri Böyük Britaniya Birləşmiş Krallıq, İngiltərə İngiltərə, Renfruşir, Constoun
Uşağı 5[1]
Fəaliyyəti baş aşpaz
Gordon Ramsay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1966-cı ilin noyabrın 8-də[4] Constoun şəhərində anadan olub. 5 yaşından Straford şəhərində böyüyürdü.[5] Qordon ailədəki dörd uşağından ikincidir. Böyük bacısı, Dayan, kiçik qardaşı Ronni və kiçik bacısı İvonn var. Qordon sözlərinə görə, Ronni azyaşlı olarkən, heroin saxladığına görə azadlıqdan məhrum olunub.[6] Onun atası Qordon Ceyms 1997-ci ildə həlak olmuş. Fərqli vaxtlarda atası hovuz idarəçisi, qaynaqçı və satıcı işləyirdi, bacısı İvonna ilə anası Helen (qızlıqda Kosqrov)[7] tibb bacıları idilər.[8]

Futbol redaktə

Ramzi futbol oynayırdı və 12 yaşında 14 yaşdan aşağı olanlar üçün Uorvikşir yığmasında oynamağa seçilmişdi. Futbol oynayarkan tez-tez yaralanırdı. Buna görə daha sonra demişdi ki, Yəqin, futbola gəldikdə, mən məhkum oldum (ing. Perhaps I was doomed when it came to football).[8]

Aşpazlıq redaktə

Təxminən 15 yaşında olarkən, Ramzinin aşpazlıq marağı artıq olmuşdu və kədərlənən dizli futbol oyunçusu olmaq əvəzinə,[8] 19 yaşından o, aşpazlıq təhsilinə daha çox diqqət yetirməyə başlayıb. Seçimləri qiymətləndirib, Ramzi Rotary sponsorluq etdiyi Şimali Oksfordşir Texniki Kollecinə otel idarəçiliyi oxumağa qərar vermişdi. O, iaşə kollecində oxumağa qərarını təsadüf, tam təsadüf (ing. an accident, a complete accident) kimi xarakterizə edib.[9]

1980-ci illərdə o Wroxton House Otelində kommis şef olmuşdu, sonra isə Wickham Arms-da, onun sahibinin həyat yoldaşı ilə cinsi əlaqəsi bunu çətinləşdiyinə qədər 60 yerli otaq üçün mətbəxi idarə edirdi.[10]

İstinadlar redaktə

  1. https://www.usatoday.com/story/life/allthemoms/2019/04/04/gordon-ramsay-wife-tana-welcome-baby-after-2016-miscarriage/3365290002/.
  2. Vines, Richard. "Ramsay Wins 13th Michelin Star as Chef Counts Cost of Expansion". Bloomberg. 16 March 2009. 7 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2011.
  3. Tony, Bonnici. "Ramsay's latest nightmare as New York restaurant loses star appeal". The Times. London. 2 October 2013. 16 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2013.
  4. "Gordon Ramsay". TVGuide.com. 25 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2014.
  5. "ABOUT GORDON". 2 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2016.
  6. Gordon Behind Bars, Channel 4, 26 June 2012
  7. Pierce, Andrew. "The F Factor". The Daily Telegraph. UK. 5 October 2008. 24 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2011.
  8. 1 2 3 Ramsay, Gordon. Humble Pie. UK: HarperCollins. 2006. ISBN 0-00-722967-4.
  9. Ramsay, Gordon. Roasting in Hell's Kitchen: Temper Tantrums, F Words, and the Pursuit of Perfection. HarperCollins. 2006. ISBN 9780061191756. 25 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2016.
  10. "The Chef from Hell". ninemsn.com.au. 18 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 August 2011.

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024