Qroznı döyüşü Haqqinda Melumat - Vikipedia

Qroznı döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qroznı döyüşü

Qroznı döyüşü — 1996-cı ilin avqustunda baş vermiş döyüş. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri və şəhərdə yerləşən Çeçen milisləri şəhərin böyük hissəsinə nəzarəti itirir. Bundan sonra Rusiya Federasiyası ilə tanınmayan Çeçen İçkeriya Respublikasının nümayəndələri arasında Xasavyurt müqaviləsi bağlanır. Bu Birinci Çeçenistan müharibəsinə son qoyur.

Qroznı döyüşü
Birinci Çeçenistan müharibəsi
Tarix 6-22 avqust 1993
Yeri Azərbaycan Respublikası
Nəticəsi Çeçenlər tərəfindən Qroznı şəhərinin tutulması, Xasavyurt müqaviləsi və rus qoşunlarının Çeçenistandan çıxarılması.
Münaqişə tərəfləri

Şablon:Flaqifikasiya/Çeçen İçkeriya Respublikası

 Rusiya

Komandan(lar)

Şamil Basayev
Aslan Masxadov
Dokka Umarov
Əmir Xəttab

Konstantin Pulikovski
Vyaçeslav Ovçinnikov

Tərəflərin qüvvəsi

döyüşün əvvəli 1500 nəf.
əlavə qüvvələrin gəlməsindən sonra: 6-7 min nəf.

Qoruma və qarnizon:

12 min nəf.[1]

Üsyançıların sayı redaktə

Əməliyyatın əvvəlində ayrı-ayrı qruplarda Qroznıya sızan üsyançıların sayı təxminən 1,5—2[2] min nəfər olur. Döyüşlər zamanı şəhərə yerli sakinlərin qayıtması və əvvəllər federal qoşunların tərəfində olanların üsyançıların tərəfinə keçməsi ilə onların sayı tədricən artır. Nəticədə Aslan Masxadovun Qroznıda nəzarət etdiyi çeçen birləşmələrinin sayı avqustun ikinci yarısına qədər 6-7 min nəfərə çatır.

Ümumi rəhbərliyi həyata keçirən Aslan Masxadov bu əməliyyatın "bütün dünyaya və hər şeydən əvvəl Rusiyaya separatçıların döyüş potensialını göstərmək üçün" edildiyini bildirir.

Xəttab dəstəsi ilə birlikdə hücumda iştirak etdi.

Federal qüvvələrinin sayı redaktə

Rusiya tərəfi say üstünlüyünə (daxili qoşunların 6 min hərbçisi), zirehli texnika və artilleriya üstünlüyünə və mütləq hava üstünlüyünə malik olur. Federal qüvvələrə ümumi rəhbərliyi general-leytenant Konstantin Pulikovski həyata keçirir.

Döyüş redaktə

6 avqust 1996-cı ildə Qroznıya hücum edən çeçen bölmələri 1300-3000 döyüşçüdən ibarət olur. Əvvəlcə Rusiya mətbuatı şəhərə cəmi 250 döyüşçünün daxil olduğunu yazır. Şəhərin içərisindəki rus qarnizonu isə təxminən 12000 əsgərdən ibarət olur. Rusların say üstünlüyünü aradan qaldırmaq üçün Çeçenistan Baş Qərargah rəisi Aslan Masxadov infiltrasiya taktikasından istifadə edir. Şəhər haqqında biliklərindən istifadə edərək, çeçen bölmələri Qroznıya girir və Moskvanın nəzarətində olan ərazinin dərinliklərində olan hədəflərə hücum etmədən və ya blok etmədən əvvəl, diqqətlə planlaşdırılmış və yüksək koordinasiyalı sürətlə irəliləməklə Rusiya keçid məntəqələri şəbəkəsindən və digər mövqelərdən yayınır.

Yolları bağlanır və şəhər yaxınlığındakı strateji mövqe tutlur. Çeçen komandiri Turpal Ali-Kaymovun sözlərinə görə, 1500 çeçen döyüşçüsü şəhərə girir. Onlardan 47-si ilkin hücum zamanı öldürülür.

Üsyançı qüvvələr 3 saat davam edən əməliyyatda, 6 avqust 5:50-də Qroznıya hücum edirlər. Üsyançı döyüşçülər bütün fərdi möhkəmləndirilmiş yoxlama məntəqələrini (blokpost), kazarmaları, polis məntəqələrini və digər Rusiya mövqelərini ələ keçirməyə və ya məhv etməyə çalışmaqdansa, onların yolunu kəsib təcrid edirlər. Qaçış və ya köməyin gəlməsinin qarşısını almaq üçün yollar minalanır və hökumət gözləyirlər. Avqustun 9-na qədər Rusiya xəbər agentliyi İnterfaks mühasirəyə alınan qoşunların sayını təxminən 7000 nəfərə çatdığını bildirir. Daxili Qoşunlar, Rusiya Federal Təhlükəsizlik Xidməti qoşunları və qeyri-döyüş personalı ilə yanaşı, hərbi qoşunlar da şəhərdə yerləşirdi.

Ən böyük cib, daxili işlər nazirliyi binası və respublika RFTX qərargahı da daxil olmaqla şəhərin mərkəzindəki hökumət idarələrində idi. Təxminən 10 rus jurnalistdən ibarət bir qrup, binanın yaxınlığındakı bir oteldə sığınır. Rusiyapərəst Çeçenistan hökuməti paytaxtın kənarındakı Xankala hərbi bazasına qaçır. Şəhərin başqa bir hissəsində bir neçə rus əsgəri qrupu, 9 nömrəli şəhər xəstəxanasına sığınır və burada təxliyə olunana qədər təxminən 500 mülki şəxsi girov saxlayır.

Rusiyapərəst çeçenlər tutulur, toplanılır və edam edilirdi. “Memorial” insan haqları təşkilatına görə, etibarlı mənbələr Qroznının bir rayonunda 200-dən çox adamın edam olunduğunu yazır. Səid-Maqomed Kakiyev 6 avqustda şəhər icra hakimiyyəti binasında müdafiəçilərin təslim olduqdan sonra Dokka Umarov və Ruslan Qelayevin döyüşçüləri tərəfindən edam edilən 30 çeçen OMON xüsusi təyinatlı polis zabitindən sağ qalan yeganə şəxs olur.

Qelayevin sözlərinə görə "Zavqayevin [bütün Çeçenistanda] ya 15, ya da 18 min çeçen polisi var idi, amma 1996-cı ilin avqustunda Qroznıya girən kimi hamısı dağılıb evlərinə getdi, sonra Mücahidlərə qoşuldular. Çeçen qanı tökməkdə günahkar olan bir neçə onlarla adam istisna idi. ". Bir həftə ərzində Zavqayevin qüvvələrinin üzvləri tərəf dəyişdirdiyindən və əlavə qüvvələr gəldikdən sonra Qroznıdakı üsyançı döyüşçülərin sayı 6-7 min arasında dəyişirdi.

7 avqustunda 205-ci "Kazak" Motoatıcı Briqadasından böyük bir zirehli kolon, mühasirədə olan rus qüvvələrinə köməyə gəlir. Bir gün əvvəl, Əhməd Zakayevin başçılıq etdiyi bir çeçen separatçı qrupu, Qroznının əsas dəmiryol stansiyasını ələ keçirərək böyük miqdarda HHM raket qurğularını ələ keçirir (Rusiya hökumətinin 2002-ci il iddianaməsinə əsasən, Zakayevin döyüşçüləri 300-dən çox DQ əsgərini öldürmüş və ya yaralamışdır). Nəticədə Rusiya tankları çeçen mobil qurupları üçün daha asan hədəflərə çevrilir.

8 avqustda rus hərbçiləri başqa bir kolon göndərilsədə, onlar da dayandırılır və bir çox avtomobil çeçen pusqularına düşür. Döyüşün beşinci günündə 276-cı Motoatıcı Briqadasının 900 əsgəri şəhərin mərkəzini geri qaytarmağa çalışır, ancaq yarısı cəmi iki gün ərzində ya öldürülür və ya yaralanır. Yalnız bir zirehli maşın kalonu şəhərin mərkəzindəki mühasirəyə alınan federal istehkamına bəzi təchizatları çatdırmağı və yaralıların bir hissəsini təxliyə etməyi bacarır. Beş günlük əks hücumlar zamanı Rusiya qüvvələri 18 tank, 69 digər zirehli maşın, 23 yük maşını və avtomobil itirir. Bundan əlavə üç vertolyot vurulur.

Qroznıdakı Beynəlxalq Qırmızı Xaç Təşkilatının rəhbəri "şəhərin çox hissəsi minalanmışdır və havadan çoxlu bombardman var." deyə bəyan edir. Avropa İttifaqı hər iki tərəfi dərhal atəşi dayandırmağa çağırır. Rusiya Prezidenti Boris Yeltsin Çeçenistanda ölənlərin xatirəsinə matəm günü elan edir. Döyüşlər şəhərin kənarında və respublikanın başqa yerlərində də davam edir.

19 avqustda rus generalı Kostantin Pulikovski şəhəri mühasirəyə alır və üsyançıların 48 saat ərzində Qroznıdan çıxmaları və ya hərtərəfli hücumla üzləşmələri barədə ultimatum verir. Bu ultimatum Human Rights Watch tərəfindən 300,000 olaraq qiymətləndirilən qalan mülki əhali arasında kütləvi çaxnaşma ilə nəticələnir. Aviasiya və artilleriya zərbələri 20 avqustda başlayır. Xaotik şəraitdə, bombardmanların yaşayış məntəqələrini və ən azı bir xəstəxananı vurduğu üçün dəhşətə gəlmiş qaçqınlar şəhərdən qaçır. Kolunların onları top atəşinə tutması nəticəsində onların çoxunun öldüyü bildirilir. Ümumilikdə 220 minə yaxın qaçqın şəhərdən qaçır.

Şəhərdə qalanların sayı Memorial tərəfindən 50-70.000 arasında hesablanır və 11 yaşdan yuxarı kişilər döyüşçü şübhəsi ilə Rusiya xətlərinə buraxılmırdı. Bir çox qaçqın da keçid məntəqələrində atəşə tutulur. Rusiya dövlət televiziyası Pervıy kanalın jurnalisti Ramzan Hacıyev şəhərdən qaçmaq istəyərkən federal əsgərlər tərəfindən güllələnir. Rus generalı Aleksandr Lebed əsasən Qroznıda baş verən qan tökülməsinin qarşısını ala bilir. Bu vaxt rusların cənub dağlarına hücumu davam edir.

20 avqustda Çeçenistana qayıtdıqdan sonra Lebed yeni atəşkəs əmri verir və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dəstəyi ilə üsyançı liderlərlə yenidən birbaşa danışıqlar başlayır. 22 avqustda Rusiya Çeçenistandakı bütün qüvvələrini Xankala və Severniydəki bazalarına çəkməyə razılıq verir. 30 avqust 1996-cı ildə general Lebed və Masxadov Birinci Çeçenistan müharibəsinin bitdiyini bildirən Xasavyurt müqaviləsini imzalayır.

Federal qüvvələrin itkisi redaktə

6-22 avqust tarixlərində Qroznıda gedən döyüşlər nəticəsində 494 nəfər öldürülür, 1407 nəfər yaralanır, 182 əsgər və polis zabiti itkin düşdür[3]. Federal qüvvələrinə məxsus 87 ədəd zirehli texnika, 23 maşın[4], 3 vertolyot məhv edilir.

10 avqust 1996-cı ildə Rusiyada "dövlət qurumlarına və Qroznı şəhərinin sakinlərinə qarşı törədilən terror aktının faciəli nəticələri ilə əlaqədar olaraq" matəm günü elan edilir[5].

Mənbə redaktə

İstinadlar redaktə


Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024