Qutluq Bilgə Kül xaqan Haqqinda Melumat - Vikipedia

Qutluq Bilgə Kül xaqan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qutluq Bilgə Kül xaqan

Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir[1].

Qutluq Bilgə Kül xaqan
骨咄禄毗伽阙可汗
744 – 747
SonrakıBayan Çur xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Ordu-Balıq
Atası Huşu
Uşaqları Bayan Çur xaqan
Tun Bağa Tarxan

İlk illəri və hakimiyyətə gəlməsi redaktə

Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, UyğurlarQarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi.

Hakimiyyəti redaktə

Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.

Ailəsi redaktə

  1. Tay Bilgə Tutuq - vəliəhd, 747-ci ildə Bayan Çur tərəfindən öldürüldü[2]
  2. Bayan Çur xaqan
  3. Tun Bağa Tarxan

Birləşdirdiyi qəbilələr redaktə

Doqquz Oğuz qəbilələri redaktə

  1. Uturkar
  2. Turlamvür
  3. Bokasıkır
  4. Avuçak
  5. Kərsər
  6. Xoqorsuv
  7. Yabtukar
  8. Ayavir
  9. Yağlakar sülaləsi

Tele qəbilələri redaktə

  1. Buqu
  2. Hun
  3. Bayirku
  4. Tonqra
  5. Sige
  6. Kibir

Qarluq qəbilələri redaktə

  1. Bulaq
  2. Çigil
  3. Taşğıl

İstinadlar redaktə

  1. Mackerras, Colin (1990), "Chapter 12 - The Uighurs", in Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, pp. 317–342, ISBN 0 521 2,4304 1
  2. Prof. Dr. Saadettin Yağmur Gömeç - Uygur Türkleri Tarihi ve Kültürü, səh. 24, 1997

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024