Röyal Məmmədov (leytenant) Haqqinda Melumat - Vikipedia

Röyal Məmmədov (leytenant) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Röyal Məmmədov (leytenant)

Röyal Asif oğlu Məmmədov (12 fevral 1997, Ağcabədi rayonu, Hindarx qəsəbəsi — 19 sentyabr 2023, Xocavənd rayonu Qarakənd ərazisi)- Azərbaycan Respublikasının Leytenantı, bölük komandiri əvəzedicisi, İkinci Qarabağ müharibəsinin, Tərtər rayonunda,Suqovuşan, Talış kəndlərində gedən döyüşlərin iştirakçısı.

Röyal Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hindarx qəsəbəsi
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Qarakənd
Vəfat səbəbi Anti-terror əməliyyatında
Vətəndaşlığı Azərbaycanlı
Həyat yoldaşı Qəmzə Məmmədova
Uşaqları Ramal Məmmədov, Röya Məmmədova
Atası Mamedov Asif
Anası Əsədova Məhsəti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan ordusu
Hərbi hissə 2-ci Ordu Korpusu
Xidmət illəri 2020-2023
Rütbəsi Leytenant
Vəzifəsi Şəxsi heyət üzrə Müavin \ Bölük Komandiri üzrə müavin
Döyüşlər II Qarabağ müharibəsi, Suqovuşan, Tərtər, Talış kəndləri
Təltifləri

"Suqovuşanın azad olunmasına görə" medalı "Vətən müharibəsi iştirakçısı" medalı

Vətənə xidmətə görə ordeni, 3-cü dərəcəsi-2009

Röyal Məmmədov, 2023-cü ilin 19 Sentyabrında başlanan Anti-terror əməliyyatı zamanı Xocavənd rayonu, Qarakənd ərazisində gözündən aldığı güllə yarası ilə şəhaddətə ucalmışdır.

Röyal Asif oğlu xidməti boyu tabeliçiliyində olan əsgər və digər hərbçilərlə yaxından maraqlanmış və onlara köməklik göstərmişdir.

Həyatı redaktə

Röyal Asif oğlu Məmmədov 12 fevral 1997-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmuşdur. Atası Mamedov Asif — KT üzrə Gəncə İnstitutunu bitirmiş, bir müddət bu sahə üzrə işlədikdən sonra şəxsi işində işini davam elətdirmişdir. Anası Əsədova Məhsəti — Mədəni maarif işlərində işləmiş, Ağdam rayonu üzrə kitabxana Müdiri olmuşdur. Qardaşı Xəyal Mamedov — Antiterror əməliyyatlarında iştirak etmiş və bu döyüşdə komandir köməkçisi olaraq döyüşərkən olduğu maşını erməni PUA-ları vurmuş və son anda xilas ola bilmişdir. Digər qardaşı Vüsal Mamedov — Ali Təhsilini Bakı Dövlət Universiteti üzrə bitirmiş və daha sonra Azərbaycan Respublikasının qulluğunda xidmətini etmiş və hal-hazırda hərbi xidmətini Bakı şəhəri N saylı hərbi hissədə XTQ üzrə davam etdirir. Və bacısı Pərvanə Mamedova.

Ailəsi redaktə

2019-cu ilin noyabrın 24-ü sevdiyi xanım Qəmzə Məmmədova ilə ailə qurmuş, 2020-ci ildə ilk övladı Ramal Məmmədov dünyaya gəlmişdir. 2023-cü ilin iyulun 20-də isə 2-ci övladı olan Röya Məmmədova dünyaya gəlmişdir.

Təhsili redaktə

Röyal Asif oğlu, 2004-cü ildə Ağcabədi rayon, Hindarx qəsəbə , Etibar İsmayılov adına 1 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur.2013-cü ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirərək buraxılış imtahanını vermişdir. Daha sonra Ağdam rayon orta-ixtisas təhsil müəssisəsi olan Ağdam musiqi kollecinə Qarmon ixtisasi üzrə qəbul olmuşdur.2017-ci ildə Ağdam musiqi kollecini bitirmiş elə həmin il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəranda olan hərbi hissəsində Astara zasdavasında hərbi xidmətə başlamışdır.

Hərbi xidmətləri redaktə

2017-ci il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəranda olan hərbi hissəsində Astara zasdavasında hərbi xidmətə başlamışdır. Hərbi xidmətdə olarkən öz öhdəliyinə düşən xidmətini layiqincə yerinə yetirmiş Komandiri tərəfindən fəxri fərmanlar verilmişdir.2019-cu ili ilin yayı hərbi xidmətini yüksək bacarıqla başa vurmuşdur. 2020-ci ilin avqustun 19 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ağcabədidiə olan N saylı hərbi hissəsində MAHHXQ (əsgər) kimi işə başlamışdır. Azərbaycan Respublikasında 2020-ci ilin Sentyabrında 27-dən noyabrın 10-a qədər davam etmiş İkinci Qarabağ müharibəsində yaxından iştirak etmiş və Tərtər rayonunda, Suqovuşan, Talış kəndlərində gedən döyüşlərdə iştirak etmişdir.44 günlük vətən müharibəsində yüksək şücaət göstərərək düşmənin canlı qüvvəsini və çox saylı texnikasını məhv etmişdir. Bununla yanaşı bir çox texnikanın qənimət götürülməsində yaxından iştirak etmişdir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Suqovuşanın azad olunması medallı[1] ilə təltif edilmişdir. Vətən müharibəsində qazi olmuş, veteranlıq medalı verilmişdir. Vətən müharibəsindən sonra Leytenant rütbəsini almış və Zəngilan rayonunda zasdava zampaliti kimi xidmətini davam etdirmişdir. Və bu xidmətini 6 ay sərhəd qoşunlarında davam etdirdikdən sonra 2021-ci ilin may ayında Ağcabədi rayonunda N saylı hərbi hissəsində bölük zampaliti və bölük komandiri əvəzedicisi kimi xidmətini davam etdirmişdir. 2023-cü ilin fevralında komando kursuna getmiş və bu kursda yüksək nəticə göstərmişdir. Komanda kursunu aprel ayında məharətlə bitirmiş və yenidən öz xidmətində müvəfəqiyyət göstərərək 2023-cü ilin mayında 3 aylıq komando kursunda iştirak etmişdir. Yüksək bacarığı ilə komando kursunda sertifikat almışdır. Xidməti zamanı öz işini mərdliklə yerinə yetirdiyi üçün dəmir yumruq maketi verilmişdir.

Ölümü redaktə

2023-cü ilin 19 Sentyabrında başlanan Anti-terror əməliyyatı zamanı Xocavənd rayonu Qarakənd ərazisində gözündən aldığı güllə yarası ilə şəhaddətə ucalmışdır[2]. Şəhidimiz Röyal Məmmədov bölüyün təminat hissəsində idi. Lakin könüllü olaraq döyüş bölməsinə keçmiş və əsgərləri ilə hücuma keçərək qrupun qarşısında, düşmən pusqusunda ilk vurulan olmuş və Şəhid olmuşdur.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  2. ""Antiterror əməliyyatında 192 hərbçi şəhid olub, 500-dən çox yaralı var" Azərbaycan Səhiyyə Nazirliyi". bbc.com. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  4. ""Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.

Saytda 200 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024