Ramil Əhmədov (idmançı) Haqqinda Melumat - Vikipedia

Ramil Əhmədov (idmançı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ramil Əhmədov (idmançı)

Dəfələrlə Azərbaycan çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı, Pauerliftinq üzrə 5 qat dünya və 9 qat Avropa çempionu, Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü

Ramil Əhmədov (tam adı: Əhmədov Ramil İlqar oğlu; d. 6 may 1988, Res Prijevalsk, Qırğızıstan SSR, SSRİ) — Dəfələrlə Azərbaycan çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı, Pauerliftinq üzrə 5 qat dünya və 9 qat Avropa çempionu, Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü. [1]

Ramil Əhmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (35 yaş)
Doğum yeri Qırğızıstan Qırğızıstan, Res Prijevalsk
Təhsili Cəmşid Naxçıvanski adına hərbi lisey (2003-2006)
Azərbaycan Texniki Universiteti(2006-2010)
Boyu 1.78 sm
Çəkisi 100 kq
İdman növü Pauerliftinq
Karyera illəri 2008h. h.
Məşqçisi Hafiz Verdiyev
İdman dərəcəsi əməkdar idman ustası
Ağırlıq dərəcəsi 90-100 kq
Komandası Azərbaycan Milli Pauerliftinq komandası
Hərbi rütbəsi

Həyatı redaktə

Ramil İlqar oğlu Əhmədov 1988-ci il 6 may tarixində Qırğızıstan SSRİ-nin Res Prijevalsk şəhərində anadan olub.

Təhsili redaktə

1994-2003-cü illərdə Bakı şəhəri 153 sayl orta məktəbdə təhsil almış Ramil Əhmədov, 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olaraq 2006-cı ilə qədər təhsilini burada davam etdirmişdir. 2006-c ildə Azərbaycan Texniki Universitetinə daxil olan Ramil Əhmədov 2010-cu ildə universiteti bitirmişdir.

Hərbi xidməti redaktə

Ramil Əhmədov 2010-cu ildə universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanıb, Goranboy rayonu "N" saylı hərbi hissədə 2011-ci ilə qədər hərbi xidmətini çəkmişdir. 2011-2012-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Daxili QoşunlarıXüsusi Vasitələrin Tətbiqi Dəstəsində çalışmışdır.

Karyerası redaktə

2007-ci ildən peşəkar idmanla məşğul olan Ramil Əhmədov ölkə birinciliklərində iştirak edib, dəfələrlə Azərbaycan çempionu, Pauerliftinq üzrə 5 qat dünya və 9 qat Avropa çempionu olub. Onun idman sahəsində əldə etdiyi nailiyyətləri aşağıdakılardır:[1]

  • 2012-ci il, may. Rusiya, Soçi. İPA Federasiyası. Avropa Çempionatı
  • 2014-cü il, may. Azərbaycan, Bakı. WPC Federasiyası. Avropa Çempionatı
  • 2015-ci il, aprel. Gürcüstan, Tiflis. GPA/IPO Federasiyası. Avropa Çempionatı (90 kg)
  • 2015-ci il, iyun. Latviya, Riqa. WPC Federasiyası. Avropa Çempionatı (82.5 kg)
  • 2016-cı il, iyun. İngiltərə, Stok-And-Tend. WPC Federasiyası. Avropa Çempionatı (90 kg)
  • 2016-cı il, iyun. ABŞ, Luiziana. WPC Federasiyası. Dünya Çempionatı (90 kg)
  • 2017-ci il, may. Azərbaycan, Naxçıvan. Ulu Öndər H.Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turniri
  • 2017-ci il. Rusiya, Moskva. WPC Federasiyası. Dünya Çempionatı (90 kg)
  • 2018-ci il. Rusiya, Moskva. WPC Federasiyası. Avropa Çempionatı (100 kg)
  • 2018-ci il, may. Azərbaycan, Bakı. Ulu Öndər H.Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turniri
  • 2018-ci il, iyul. Fransa, Pant-De-Lex. WPC Federasiyası. Avropa Çempionatı. Mütləq çempionluq ve avropa rekordu (100 kg)[2]
  • 2019-cu il, 10-12 may. Rusiya, Sankt-Peterburq. WPC Federasiyası. Avropa Çempionatı (100 kg)
  • 2019-cu il, 17-19 may. Konstantin Konstantinovun adına beynəlxalq turniri. WRPF Federasiyası.
  • 2019-cu il, 29 may- 1 iyun. Ümummilli Lider H.Əliyevin 96 illik xatirəsinə həsr olunmuş kişilər və qadınlar arasında pauerliftinq beynəlxalq turniri.
  • 2019-cu il, 20-22 sentyabr. Azərbaycan Kuboku
  • 2019-cu il, 26-27 oktyabr. Rusiya, Sankt-Peterburq. WRPF versiyası üzrə Cənubi Avropa Çempionatı
  • 2019-cu il, 4-8 dekabr. Rusiya, Moskva. WRPF versiyası üzrə Dünya Çempionatı (100 kg)
  • 2021-ci il, 6-9 may. Rusiya, Moskva. Avropa Çempionatı (100 kg)
  • 2021-ci il, 17-19 sentyabr. Azərbaycan, Bakı. Pauerliftinq, "BENCH-PRESS" VƏ "DEADLIFT" üzrə Azərbaycan Çempionatı
  • 2021-ci il, 16-19 dekabr. WRPF Federasiyası. Dünya Çempionatı (100 kg)[3]
  • 2022-ci il, 10 aprel. Azərbaycan "STRONGMAN" Federasiyası. Azərbaycan Çempionatı
  • 2022-ci il, 23-24 aprel. Konstantin Konstantinovun adına beynəlxalq turniri. WRPF Federasiyası.
  • 2022-ci il, 22-26 iyun. Macarıstan. "WPC" üzrə Avropa Çempionatı. Mütləq avropa çempionu və yeni avropa rekordu (100 kg)[4]
  • 2022-ci il, oktyabr. Rusiya. WRPF versiyası üzrə Cənubi Avropa Çempionatı
  • 2022-ci il, noyabr. ABŞ, Florida, Orlando. "WPC" üzrə Dünya Çempionatı (100 kg)[3]

Mükafatları redaktə

2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən ölkəmizi beynəlxalq yarışlarda təmsil etdiyinə görə Fəxri fərmanla təltif olunan Ramil Əhmədov, 2019-cu il 15 fevral tarixində Ramil Əhmədov Azərbaycanın əməkdar idman ustası adını alıb.

2019-cu ilin dekabr ayında Ramil Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qeyri-Olimoiya idman növlərinin (Pauerliftinq) inkişafında xüsusi xidmətlərinə görə Fəxri fərmanla təltif olunmuşdur.[5]

İstinadlar redaktə

  1. 1 2 "PAUERLİFTİNQ ÜZRƏ DƏFƏLƏRLƏ DÜNYA VƏ AVROPA ÇEMPİONU RAMİL ƏHMƏDOV "ASAPES QONAĞI"NDA" (az.). https://sport.edu.az. Archived from the original on 18 April 2023. İstifadə tarixi: 4 apr 2023.
  2. "Ramil Əhmədov dünya çempionu oldu" (az.). https://www.aznews.az. Archived from the original on 19 November 2017. İstifadə tarixi: 4 apr 2023.
  3. 1 2 "Ramil Əhmədov mütləq çempion oldu" (az.). https://sportfm.az. Archived from the original on 19 April 2023. İstifadə tarixi: 4 apr 2023.
  4. "Pauerliftinqçimiz Ramil Əhmədov Avropa çempionatında iki qızıl medal qazanıb" (a). https://azertag.az. Archived from the original on 19 April 2023. İstifadə tarixi: 4 apr 2023.
  5. "Ramil Əhmədov Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif edildi!" (az.). https://zirve-ik.com. Archived from the original on 19 April 2023. İstifadə tarixi: 4 apr 2023.

Xarici keçidlər redaktə


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024