Rayan Dal Haqqinda Melumat - Vikipedia

Rayan Dal Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rayan Dal (ing. Ryan Dahl) — Node.jsDeno iş mühitlərini yaratmağı ilə tanınan amerikalı proqram mühəndisi.[2][3]

Rayan Dal
Doğum tarixi 22 yanvar 1981(1981-01-22)[1] (43 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ixtiraçı, proqram təminatı mühəndisi, proqramçı
tinyclouds.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Dal San-Dieqoda doğulub və böyüyüb. Onun texnologiya ilə ilk təcrübələrindən biri anasının altı yaşında ikən aldığı Apple IIc ilə olmuşdur. Dal San-Dieqoda icma kollecində oxuyub. Ali təhsilini San-Dieqo Kaliforniya Universitetində riyaziyyat üzrə alıb. O, Roçester Universitetində riyaziyyat üzrə magistratura məktəbində oxuyub və burada bir neçə il ərzində "çox abstrakt və gözəl" hesab etdiyi cəbri topologiyanı öyrənib, lakin sonradan "real həyata o qədər də uyğun olmadığı üçün" ondan bezib.[4]

Fəaliyyəti redaktə

Dal məktəbi bitirdikdən sonra fəlsəfə doktoru dərəcəsi üçün oxumağa davam edib, lakin ömrünün qalan hissəsini riyaziyyata həsr etmək istəmədiyi üçün daha sonra imtina edib. Bunun əvəzinə o, Cənubi Amerikaya gedib və burada Ruby-də veb-proqramlar hazırlamağa başlayıb.[4]

Node.js redaktə

27 may 2009-cu ildə Dal öz layihəsini, Node.js iş mühitini buraxıb.[5]

2012-ci ilin yanvarında, 2009-cu ildən bəri Node.js layihəsində işləyən Dal elan etdi ki, o, layihədən uzaqlaşacaq və layihənin idarəçiliyini NPM-in yaradıcısı və Joyent-in keçmiş əməkdaşı İsaak Şlüterə təhvil verəcək.[5][6]

Deno redaktə

2018-ci ildə Dal, V8 ilə yaradılmış JavaScript/TypeScript işləmə mühiti olan Deno-nu elan etdi.[7]

İstinadlar redaktə

  1. 1 2 California Birth Index.
  2. McCarthy, Kevin. "Node.js Interview: 4 Questions with Creator Ryan Dahl". Americaninno.com (ingilis). 2011-01-31. 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-13.
  3. Harris, Amber. "The Birth of Node: Where Did it Come From? Creator Ryan Dahl Shares the History - SiliconANGLE". Siliconangle.com (ingilis). 2013-04-01. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-13.
  4. 1 2 Okhotnikov, Andrey. "Interview with Ryan Dahl, Creator of Node.js". LinkedIn. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.
  5. 1 2 "A History of Node.js". BuiltInNode.com. 2016-11-17. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
  6. "One year with Node.js". Joyent.com. 2015-06-15. 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
  7. Krill, Paul. "Ryan Dahl's Node.js regrets lead to Deno". InfoWorld (ingilis). 2018-06-21. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.

Xarici keçidlər redaktə


Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024