Riolit Haqqinda Melumat - Vikipedia

Riolit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur.[1]

Riolit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çəhrayı riolit

Adlandırılması redaktə

Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir.[2] Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir.[3]

 
TAS diaqramında riolitin yeri
 
QAPF diaqramında riolit

Mineraloji tərkib redaktə

Riolit əsasən kvars, plagioklazsanidin, az miqdarda hornblendbiotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur.[1]

Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur. SiO2 miqdarı 73%-dən yüksək, alminium əmsalı al’=1–10. Dəyişilmə dərəcəsi, püruzların ölçüsü və tərkibinə, əsas kütləsinin teksturuna görə çoxlu növ müxtəlifliyi vardır. Sinonim: Liparit, Miyenit, Mikropiromid.

İstifadəsi redaktə

Riyolit tikinti və ya istehsalatda nadir hallarda istifadə olur. Buna səbəb onun məsaməliliyi və tezı qırılabilən olmasıdır.[1]

Mənbə redaktə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

İstinadlar redaktə

  1. 1 2 3 Rhyolite Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine. geology.com
  2. Rhyolite. alexstrekeisen.it
  3. Rhyolite Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. mindat.org

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024