Rivoli küçəsi (Paris) Haqqinda Melumat - Vikipedia

Rivoli küçəsi (Paris) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rivoli küçəsi (Paris)

Rivoli küçəsi (fr. Rue de Rivoli) — Parisin ən məşhur və ən uzun küçələrindən biri. Rivoli Konkord meydanından başlamış Şanzelize prospektinin şərqə doğru davamı olub, Sena çayının sağ sahili boyu 3 km uzanır. Küçənin Pale Royala qədər olan hissəsi 1806 cı ildə Napoleonun sərəncamı əsasında salınmış, 1797 ci ildəki Rivoli yaxınlığında qazanılmış qələbənin şərəfinə adlandırılmışdır. Sonralar X Karl və Lui Fillip Napoleonun başlamış olduğu bu küçəni şərqə, Mare məhəlləsinə qədər uzatmışlar. Qotik üslublu Sen Jen qülləsi, Janna d'Arkın qızılı atüstü heykəli bu küçə´də yerləşir.

Rivoli küçəsi
Rue de Rivoli
Ümumi məlumatlar
Ölkə
Şəhər I arondisman (Paris), ‎IV arondisman (Paris)
Uzunluğu 3070 m
Eni 20,78 m
metro Concordo

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024