Robert Ket Haqqinda Melumat - Vikipedia

Robert Ket Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Robert Ket, və ya Robert Kett (ing. Robert Kett, ö. 7 dekabr 1549, Norviç) — XVI əsrdə Orta İngiltərədə (Norfolk qraflığı) kəndli üsyanının rəhbəri.

Robert Ket
Doğum tarixi təq. 1492[1]
Vəfat tarixi 7 dekabr 1549
Vəfat səbəbi asılma[d]
Fəaliyyəti üsyançı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024