Sadaxlı Haqqinda Melumat - Vikipedia

Sadaxlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Sadaxlı
სადახლო
41°14′20″ şm. e. 44°47′16″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1771
Mərkəzin hündürlüyü 450 m
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhalisi 7337[1] nəfər (2014)
Milli tərkibi azərbaycanlılar 99,8%[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 – 357[3]
Poçt indeksi 3000[4]
Xəritəni göstər/gizlə
Sadaxlı xəritədə
Sadaxlı
Sadaxlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki-coğrafi mövqe redaktə

Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir.

Əhalisi redaktə

2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə BorçalıdaGürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir.

Təsərrüfatı redaktə

Sadaxlı Marneuli rayonunun aqrar kəndidir. Əsas məşğulluq sahələri kənd təsərrüfatı və sərhədyanı ticarətdir. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. Ermənistanla sərhəddə yerləşdiyindən burada eyniadlı sərhəd-buraxılış məntəqəsi və gömrük postu da yerləşir. 2003-cü ilədək burada sərhədyanı ticarət üçün nəzərdə tutulmuş bazar (Sadaxlı bazarı) fəaliyyət göstərsə də, sonralar naməlum səbəblərdən bağlanmışdır. Bazarın fəaliyyətini dayandırması kənddə işsizliyin artmasına rəvac verərək güclü emiqrasiya ilə müşayiət olunmuşdur. Sadaxlı kəndi və ətraf azərbaycanlı kəndləri ildə 11.000 ton taxıl istehsal edirdilər, lakin son illərdə məmurlar həmin kəndlərə gələn 80 km uzunluğunda su xəttini kəsərək metal qəbuluna satması nəticəsində kəndlər susuz qalıb. Nəticədə həmin kəndlərin əhalisi 18.000 nəfərdən indi 4.000–5.000 nəfərə qədər düşüb.[5]

Görkəmli şəxsiyyətləri redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 ნოემბერი, 2016.
  2. "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  3. "Телефонный код Марнеули". 2013-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  4. "Список почтовых индексов отделений и филиалов ООО «Почта Грузии»". 2013-09-21 tarixində arxivləşdirilib.
  5. "«МУМИФИЦИРОВАННЫЙ» ЧИНОВНИК-АЗЕРБАЙДЖАНЕЦ ФАКТИЧЕСКИ УНИЧТОЖИЛ 7 СЕЛ НА ГРУЗИНО-АРМЯНСКОЙ ГРАНИЦЕ»". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26.



Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024