Sahil Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia

Sahil Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sahil Məmmədov (milli qəhrəman)

Sahil Ələmdar oğlu Məmmədov (25 fevral 1964, Yuxarı Necili, Zəngibasar rayonu) — azərbaycanlı hərbçi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.

Sahil Məmmədov
Sahil Ələmdar oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1964(1964-02-25) (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • SSRİ DİN-nin Ali Siyasi Məktəbi[d]
Hərbi fəaliyyəti
Rütbəsi
Polis polkovnik-leytenantı
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Həyatı redaktə

25 fevral 1964-cü ildə Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olmuşdur. 6 yaşında əmisi ilə birlikdə Bakı şəhərinə kpçmüşdür. 1971-1981-ci illərdə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə təhsil almışdır.

Ailəsi redaktə

Ailəlidir, bir övladı var.

Hərbi xidməti redaktə

1982-ci ildə hərbi xidmətini başa vuran Sahil Məmmədov, 1983-cü il SSRİ DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1992-ci ildə Azərbaycana qayıdaraq hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır.

1994-cü ildən Daxili İşlər Nazirliyinin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışır.

Birinci Qarabağ müharibəsində iştirakı redaktə

Sahil Məmmədovun komandirlik etdiyi bölük Birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində fəaliyyət göstərir. Qazançı kəndinə ermənilərin hücumu zamanı Sahil Məmmədov və onun tabeliyindəki əsgərlər şücaət göstərmişdir. İntensiv raket və top atəşi ilə müşayiət olunan döyüşlər zamanı Sahil Məmmədovun yanında mərmi partlamış və o, sağ qolundan və sağ ayağından ağır yaralanmışdır.

Təltifləri redaktə

  • Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Mənbə redaktə


Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024