Sen-Simon Fondu Haqqinda Melumat - Vikipedia

Sen-Simon Fondu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sen-Simon Fondu (fr. Fondation Saint-Simon) — 1982-ci ildə tarixçi Fransua Füre tərəfindən əsası qoyulmuş Fransa araşdırma mərkəzi. Ziyalılar, jurnalistlər, yüksək rütbəli dövlət qulluqçuları, biznesmenlər də daxil olmaqla sahibkarlar və akademiklər Fondun üzvü ola bilərlər.[1][2] Fond araşdırma mərkəzlərinin beynəlxalq şəbəkəsi olan Haaqa Klubunun üzvüdür.[3] 1999-cu ildə fəaliyyətinə xitam verilmişdir. Hazırda üzvlərinin bir çoxu Le Siècle araşdırma mərkəzində fəaliyyətlərini davam etdirirlər.[4]

Sen-Simon Fondu
Növü Vəqf
Yaranma tarixi 1982
Ləğvolma tarixi 1999
Mərkəzi

Tarixi redaktə

Politoloq Pyer Rozanvallon hesab edir ki, Sen-Simon Fondu 1981-ci il prezident seçkilərində sol namizəd Fransua Mitteranın seçilməsi ilə yaradılmışdır. Fondun məqsədi siyasi klublar və universitetlərin nəzdindəki institutlardan tamamilə müstəqil sosial mübadilə şəbəkəsi yaratmaq idi.[5]

Sen-Simen Fondu totalitarizmin əksinə, demokratiyaiqtisadi liberalizmi dəstəkləyirdi. Fond universitetlər, biznes mühiti və dövlət idarəçiliyi arasında körpü yaratmaq arzusunda idi. Pyer Nora bu qurumu "ideyaları olan insanlarla vasitələri (məsələn, pulu) olan insanların görüşü" (fr. la rencontre de gens qui avaient des moyens avec des gens qui avaient des idées) kimi təsvir edirdi.

Araşdırma mərkəzi müxtəlif memorandumlar və tədqiqatlar dərc edirdi. 1990-cı illərdə Fransa siyasətinə həddindən artıq və bir növ gizli təsir göstərdiyi iddia edilən Fond getdikcə daha çox tənqidlərə məruz qalırdı.

Üzvləri redaktə

  • Prezident: Roje Foru və Fransua Füre
  • Katib: Pyer Rozanvallon
  • Xəzinədar: Alen Menk
  • İnzibatçılar: Jan-Klod Kazanova, Jan Perelvad və İv Sabure.

İstinadlar redaktə

  1. James G. McGann. Think Tanks and Civil Societies: Catalysts for Ideas and Action. Transaction Publishers, 2002. P166.
  2. A. T. Lane. Biographical Dictionary of European Labor Leaders, Volume 1. Greenwood Publishing Group, 1995. P467.
  3. The Hague Club Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine  (ing.)
  4. Windle, Joel A. Making Sense of School Choice: Politics, Policies, and Practice under Conditions of Cultural Diversity. Springer. 2016. səh. 123. ISBN 9781137483539. 12 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  5. La Fondation Saint-Simon, une histoire accomplie Arxivləşdirilib 2007-04-21 at the Wayback Machine, Pierre Rosanvallon, Le Monde, 23 June 1999  (fr.)

Xarici keçidlər redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024