Seymur İbrahimov Haqqinda Melumat - Vikipedia

Seymur İbrahimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seymur İbrahimov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000, Tumbul, Naxçıvan Muxtar Respublikası1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Seymur İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tumbul, Babək rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Daşaltı, Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Tumbul, Babək rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı redaktə

Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur.[1] 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur.

Hərbi xidməti redaktə

Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  10. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024