Tumbul Haqqinda Melumat - Vikipedia

Tumbul Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

TumbulAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.[2]

Tumbul
39°10′00″ şm. e. 45°25′23″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 809 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tumbul xəritədə
Tumbul
Tumbul

Toponimikası redaktə

Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür.[3]

Əhalisi redaktə

Əhalisi 1622 nəfərdir.[4]

İstinadlar redaktə

  1. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  2. "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3.   Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  4.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax redaktə



Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024