Silikogel Haqqinda Melumat - Vikipedia

Silikogel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Silikogel

kimyəvi birləşmə

[1]Silikagel- silisium turşusundan(nSiO2•mH2O) əmələ gələn pH > 5–6 halda qurudulmuş geldir. Bərk hidrofil sorbentdir.

Quru silikagel dənəcikləri

Alınması redaktə

Qələvi metalların silikat məhlullarının oksidləşməsi mərhələsindən sonra qurudulmuş gel alınır:

 
 

Silikagel silisium birləşmələrinin (silisium xlorid, ortosilisium efirləri) hidrolizi ilə alınır.

Xassələri redaktə

 

Silikagel bir-birindən 0.5 nm məsafədə yerləşən SiOH qrupundan təşkil olunmuş böyük səth sahəsinə malikdir. Bu qruplar fəal mərkəzlərdir. Silikagelin aktivliyi bu mərkəzlərin sayından və aktivliyindən asılıdır. Adsorbsiya olunmuş su kənar edildikdə, bu mərkəzlər aktivləşir və ona gorə adsorbent də fəallaşır. Bu cür fəallaşma geli 150–200oC temperaturda qızdırdıqda baş verir. Daha yüksək temperaturda (200–400oC) su tamamilə buxarlanır. Nəticədə aktivlik itir. Çünki Si-O rabitəsi əmələ gəlir. Bu dönən prosesdir.400oC-dən yüksək temperaturda silikagelin səthindəki dönən proses zəifləyir. Aktiv mərkəzlər həll olan polyar maddələrə əmələ gələn hidrogen rabitəsinin hesabina təsir edir.

Tətbiqi redaktə

 
silikagel

Silikagel qüvvətli adsorbent olduğuna görə geniş tətbiq sahəsinə malikdir. Xlor, azot, oksigen, hidrogen, karbon qazı, hava və digər sənaye qazlarının qurudulmasında istifadə edilir. Udma qabiliyyətinə görə silikagel bəzi üzvi maddələrin qurudulmasında, eləcə də korroziyadan müdafiə məqsədi ilə, benzol, efir, aseton, benzin buxarının udulmasında tətbiq edilir. Xromotoqrafiyada adsorbent kimi, yağların regenerasiyasında katalizator kimi, məhsulların daşınma və saxlanmasında quruducu kimi istifadə edilir.

 
Chromatography column

Mənbə redaktə

  • Кольцов С. И., Алесковский В. Б. Силикагель, его строение и химические свойства. — Л., 1963.
  • Беркман С., Морелл Д., Эглофф Г. Катализ в неорганической и органической химии, книга вторая. — М.: Гостоптехиздат, 1949.
  • Силикагели // Газпром нефтехим Салават: энциклопедия / гл. ред. Д. Р. Ягтман. — Уфа: Башкирская энциклопедия, 2012. — С. 353–354. — 472 с.: ил., карта. — 2000 экз. — ISBN 978-5-88185-079-1; УДК 338 Г13; ББК 65.304.13(2Рос. Баш.)я2.

İstinadlar redaktə

  1. Силикагели // Газпром нефтехим Салават: энциклопедия / гл. ред. Д. Р. Ягтман. — Уфа: Башкирская энциклопедия, 2012. — С. 353–354. — 472 с.: ил., карта. — 2000 экз. — ISBN 978-5-88185-079-1; УДК 338 Г13; ББК 65.304.13(2Рос. Баш.)я2.

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024