Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi Haqqinda Melumat - Vikipedia

Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi

Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsiUkrayna Sovet Sosialist Respublikası ilə Türkiyə arasında imzalanan 1922-ci il tarixli müqavilədir.

Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi
İmzalanma tarixi 1922
İmzalayanlar Mixail Frunze
Yusif Kamal
Tərəflər Ukrayna SSR
Türkiyə

Arxa plan redaktə

Çarlıq dövründə hələ I Dünya müharibəsi başlamadan Ukraynada Rusiyaya qarşı artan müstəqillik istəyi ilə Ukrayna Qurtuluş Birliyi qurulmuşdu. 1914-cü ildən etibarən qurduğu şöbələrdən birini də İstanbulda qurmasıyla Ukrayna ilə təkrar birbaşa əlaqə quruldu.[1]

1917-ci ildə bolşevik inqilabı ilə başlayan Brest-Litovsk danışıqları dövründə Osmanlı dövləti və Ukrayna arasında 9 fevral 1918-ci ildə sülh müqaviləsi imzalandı. Bu müqaviləylə Ukraynanın müstəqilliyi də tanınmışdır. Bu dövrdən sonra ikili əlaqələr dostanə münasibətlər sərgilənmişdir. İki dövlət arasında müharibə dövrü boyunca əsir edilən hərbçi və mülkilərin geri gerilməsi üçün 12 fevral 1918-də və daha sonra 17 sentyabr 1921-ci ildə müqavilələr imzalanmışdır. Bundan sonra diplomatik münasibətlər sıxlaşmış və qarşılıql olaraq Türk-Ukrayna səfirlik heyətləri göndərilmişdir. Edilən ticari müqavilələrlə hər iki tərəf ticari haqlar qazanmış və ortaq ticari fəaliyyətdə olmuşdur.

Digər tərəfdən 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında sülh, hətta yardımlaşmaya çatan dostluq dövrü başladı. Ardıyca 1921 oktyabr tarixində imzalanan Qars müqaviləsi ilə Türkiyənin şərq bölgəsindəki günümüzdəki sərhədlər çəkildi.[2] Bu şəraitdə SSRİ içindəki ikinci dərəcəli Ukrayna SSR-nin də Ankara hökuməti ilə əlaqəsini artırmasının şərtləri meydana çıxmışdı.

Müqavilənin reallaşması redaktə

O dövrdə Ukrayna SSR xarici işlərdə müstəqil siyasət apara bilirdi. Ukrayna SSR ilə rəsmi əlaqələrin başlanğıcını Ukrayna Bolşevik Partiyası Mərkəzi Komitə nümayəndələrindən və SSRİ Mərkəzi Komitəsi üzvü Mixail Vasilyeviç Frunzenin və 40 nəfərlik geyətin 26 noyabr 1921 tarixində başlayan Türkiyə ziyarəti baş vermişdir. Heyət ilk öncə Trabzona gəlmiş və bir neçə gün burada qalmışdır.[3][4] Dekabr ayında Ankara-Türkiyə konfransı başlamışdır. Dostluq münasibətləri ilə keçən konfrans 2 yanvar 1922-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikası ilə Türkiyə arasında Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi imzalanmasıyla nəticələndi.[5] Müqaviləni Ankara hökuməti adından xarici işlər naziri Yusif Kamal, Ukrayna SSR adından daha öncə Ukraynanın Ankaradakı səfiri olan SSRİ Mərkəz Komitəsi üzvü Mixail Frunze imzalamışdır.

Müqavilənin maddələri redaktə

Müqavilənin iki dövlətin qarşılıqlı olaraq bir-birini tanıması, Qara dənizə sahili olan dövlətlərin qatıldığı konfransda Qara dənizin və içinə tökülən çayların beynəlxalq statusunun müəyyən edilməsi, Qara dəniz ölkələrinin təstiqi olmadan İstanbulÇanaqqala boğazlarında xüsusi rejimin tədbiq edilməsi, diplomatik əlaqələrin qurulması kimi maddələr də var idi.[6]

Müqavilədən sonra redaktə

Müqavilə ilə yeni səviyyəyə qalxmış əlaqələr 1922-ci ilin may ayındakı ticarət müqaviləsi ilə daha da güclənmişdir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Türkiyə-Ukrayna siyasi münasibətləri (1914-1922)". cihanharbi.com. 7 iyun 2018 tarixində arxivləşdirilib.
  2. Encyclopaedia Britannica. "Treaty of Moscow / Moskva müqaviləsi" (ing. ). britannica.com. 24 mart 2017. 27 iyun 2020 tarixində arxivləşdirilib.
  3. Karaman, Sami Sabit. Trabzon ve Kars Hatıraları 1921-1922 İstiklâl Mücadelesi ve Enver Paşa. Ankara: Arma Yayınları. 2002. səh. 65. ISBN 9757336289.
  4. İliçev, Yakov. S Dobroy Missiyey. Moskova: Zvezda Dergisi. 1963. səh. 152.
  5. İsmail Soysal. Tarihçeleri ve Açıklamaları ile Birlikte Türkiye'nin Siyasal Antlaşmaları (1920-1945). Ankara: Türk Tarih Kurumu Yayınları. 1989. səh. 39. ISBN 9789751601841.
  6. Kupchik, Doç Dr. Oleg. 1920'lerin Başında Türkiye'deki Sovyet-Batı Mücadelesinde Ukrayna Sovyet Sosyalist Cumhuriyeti (USSC) (PDF). Ankara: Karadeniz Araştırmaları Merkezi. 2011. səh. 87-88.

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024