Türkiyədə fahişəlik Haqqinda Melumat - Vikipedia

Türkiyədə fahişəlik Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyədə fahişəlik

Türkiyədə fahişəlik qanunidir və tənzimlənir. Türkiyə cəmiyyətinin dünyəviləşməsi 20-ci əsrin əvvəllərində fahişəliyin hüquqi status qazanmasına gətirib çıxartdı. Ölkədə türk. genelevler kimi tanınan fahişəxanalar hökumətdən icazə almaqla fəaliyyət göstərirlər. Öz növbəsində, hökumət orqanları seks işçilərinə bəzi pulsuz səhiyyə və digər sosial xidmətlər hüququ verən vəsiqələr verirlər.[1]

1900-cü illərin əvvəllərində yalnız İstanbulda qeydiyyatdan keçmiş fahişələrin təxmini sayı 2000 idi. 1919–1920-ci illərdə edilən bir araşdırma bu qadınların altmış faizinin qeyri-müsəlman, qırx faizinin isə müsəlman olduğu qənaətinə gəldi; lakin bu rəqəm qeyri leqal işləyən fahişələrə aid deyildi. Araşdırma göstərdi ki, qeyri-müsəlman həmkarları ilə müqayisədə müsəlman qadınlar daha çox qeyri-qanuni və ya gizli şəkildə fahişəliklə məşğul olur.[2]

İllər keçdikcə maddi gəlir vasitəsi kimi daha çox qadın fahişəliyə əl atmağa başladı. Fahişəliyə müraciət edən qadınların çoxu tənha ana, evsizlik və yoxsulluqdan bu sahəni seçiblər. Dövlət tərəfindən tənzimlənən fahişəxanalarda yalnız qeydiyyatda olan və on səkkiz yaşına çatmış subay qadınlar işləyə bildiyi halda, qeydiyyatı olmayanlar sistemdən kənar işləməyə məcburdurlar. Həmin qadınlar qeydiyyatda olmuyan fahişəxanalarda, küçə gəzintilərində işləyirlər və ya evlərindən cinsi xidmətlər göstərirlər.[3]

Hüquqi status redaktə

Türkiyədə fahişəlik Türk Cəza Qanunu 227-ci maddəsi (5237 saylı Qanun) ilə tənzimlənir.[4] Lakin fahişəliyi təşviq və ya təbliğ etmək iki aydan dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Pasport qanunu isə Türkiyəyə fahişəlik məqsədilə girişi qadağan edir.[5]

Fahişəxanalar (Genelev) səhiyyənin nəzarəti altında qanuni və lisenziyalı fəaliyyət göstərirlər.[6] Qadınlar qeydiyyatdan keçməli və sağlamlıq yoxlamalarının tarixini göstərən xüsusi vəsiqə almalıdırlar. Qeydiyyatda olan fahişələrin cinsi yolla ötürülən xəstəliklərə görə mütəmadi olaraq sağlamlıq müayinəsindən keçmələri, prezervativlərdən istifadə etmələri məcburidir.[7] Polisə qeydiyyatda olan fahişələrin düzgün müayinədən keçib-keçmədiklərini müəyyən etmək və səhiyyə orqanlarına müraciət etməklə verilən sənədlərin həqiqiliyini yoxlamağa icazə verilir. Lakin kişi fahişələr bu qaydaya əsasən qeydiyyatdan keçə bilməzlər. Eyni zamanda bəzi şəhərlərin yerli idarə orqanları yeni qeydiyyatlar verməməyi siyasətə çevirdiyinə görə, əksər fahişələr həmin şəhərlərdə qeydiyyatdan keçmir.[8][9]

Türkiyədə fahişələrə təsir edən digər Cinayət Qanunu, Maddə 32 şamil olunur. Lakin bu qanunun tətbiqi kifayət qədər mübahisəli olub.[10] AnkaraBursa kimi bəzi şəhərlərdə əxlaqsızlıq yuvaları adı altında məhkəmə qərarı ilə fahişəxanalar qapanıb.[11][12]

Seks işi redaktə

Türkiyədə seks ticarəti eskort fahişəliyi, küçə fahişəliyi və əxlaqsızlıq yuvaları kimi tanınan yerlərdə aparılan fahişəlik kimi müxtəlif formalarda olur. Daha dəqiq desək, fahişəxanalar (genelevler), polis tərəfindən təyin olunan mühafizəçilərin olduğu yerdir. 2011-ci ilə qədər, təxminən 56 dövlət lisenziyalı fahişəxana var idi. Türkiyənin seks bazarına 100 minə yaxın (qanuni və qeyri-qanuni) daxil olduğu təxmin edilir. Seks ticarəti müxtəlif formalarda olsa da, qapalı fahişəlik edənlərin küçə fahişəliyi ilə məşğul olanlardan daha çox üstünlükləri var. Belə ki, küçədə işləyənlərin soyğunçuluğa, təcavüzə və cinsi istismara məruz qalma riskləri çoxdur. Qapalı fahişəlik daha təhlükəsiz seçim olsa da, qapalı şəraitdə işləmək üçün qadınlar qeydiyyatdan keçməli, subay və on səkkiz yaşdan yuxarı olmalıdırlar.[2]

Bundan əlavə, bir dəfə qeydiyyatdan keçən qadınlar polisdən icazə almadan seks sənayesindən kənarda işləyə bilməzlər. Dövlət fahişəxanaları əvvəlcə zöhrəvi xəstəliklərin yayılmasını tənzimləmək üçün yaradılsa da, hazırda seks işçilərinin hüquqlarının pozulması təhlükəsi yaradır. Qadınlar seks işçisi kimi qeydiyyatdan keçdikdən sonra onlardan ev ünvanlarını qeyd etmələri tələb olunur ki, bu da polisə hər an onların evlərinə basqın etməyə icazə verir. Onlar nəinki məxfiliklərindən imtina edirlər, hətta qonşularının və ailə üzvlərinin onların peşələrini öyrənmələri qorxusu ilə yaşayırlar.[2]

Qeydiyyatdan keçmiş seks işçiləri arasında 2010-cu ildə aparılan sorğu nəticəsində məlum olub ki, 66% subay, 8% evli və 26% əvvəllər evli olub. Qeydiyyatdan keçmiş qadınların orta hesabla 25%-i ibtidai məktəbi, yalnız 10%-i orta məktəbi bitirmişdir.[2] Bundan əlavə aşağı gəlir bir çox qadınların seks işinə müraciət etmələrinə səbəb olmuşdur. Hazırda seks işçiləri mediada "sahibkar" və "xoşbəxtlik axtaran" kimi qələmə verilsə də, statistika fahişələrin əksəriyyətinin müxtəlif sosial-iqtisadi amillər səbəbindən seks bazarına məcbur edildiyini ortaya qoyur. 

Əcnəbi seks işçilər redaktə

Türkiyə yumşaq viza siyasətinə görə əcnəbilər üçün ilk 10 ölkə sayılır. Əlverişli coğrafi yerləşməsi nəticəsində bir çox qonşu ölkələrin vətəndaşları Türkiyəyə səyahət edə bilir. Onlar otuz gündən doxsan günə qədər Türkiyədə qala bilərlər ki, bu da öz növbəsində ölkəyə iqtisadi fayda verir. Bununla belə, Türkiyə Pasport Qanunu fərdlərin yalnız fahişəlik məqsədilə ölkəyə daxil olmasını qadağan edir və qeydiyyatdan keçməmiş işçilər kimi əcnəbilərin də cinsi işlə məşğul olması qeyri-qanunidir.

2001-ci ildən 2009-cu ilə qədər olan məlumatlar göstərir ki, 24,750 əcnəbi seks işçisi deportasiya edilib.

Xarici və miqrant seks işçiləri mediada HİV/QİÇS kimi zöhrəvi xəstəliklərin yayılmasının səbəbi kimi qələmə verilir.[13]

Kişi seks işçilər redaktə

Türkiyənin İstanbul şəhərində təxminən 11656 kişi seks işçisi var.

Transgender seks işçilər redaktə

Ümumiyyətlə, Türkiyədə seks sənayesində olan transların əksəriyyəti struktur zorakılığa məruz qalır və seks işi qanuni olaraq onlar üçün qadağandır.[14] Transgender seks işçiləri qanuni qurumlardan kənarda işləməyə məcbur olduqları üçün zorakılığa və təqiblərə məruz qalan ən həssas təbəqə hesab olunur. Beləliklə, onlar adətən küçə fahişəliyi ilə məşğul olurlar və bir çoxları evsizlik və yoxsulluqla mübarizə aparırlar. İnsan Resurslarının İnkişafı Fondunun 2011-ci il hesabatına görə, İstanbulda təxminən 4000 transseksual seks işçisi və Türkiyənin bütün böyük şəhərlərində ümumilikdə 8000–10000 trans qadın var.[2] 2021-ci ildə edilən araşdırmaya görə isə Türkiyənin təkcə İstanbul şəhərində təxminən 30447 qadın seks işçisi və 15780 transgender seks işçisi var. Qlobal Seks İşi Layihələri Şəbəkəsi müəyyən edib ki, 2008–2012-ci illər arasında Türkiyədə otuz bir transseksual seks işçisi öldürülüb.[15] Başqa bir araşdırmaya görə, 2009–2015-ci illər arasında otuz yeddi transgender qətli törədilib. Türkiyə bütün Avropada ən yüksək trans cinayətlərə sahibdir. Bununla belə, trans və seks işçisi olan qadınlar həm müştərilər, həm də polis məmurları tərəfindən ən çox fiziki və cinsi zorakılığa məruz qalırlar.[2]

Qeyri-qanuni fahişəlik redaktə

Qeyri-qanuni fahişəlik lisenziyası olmadan əxlaqsızlıq yuvası açmaq, tibbi müayinədən keçmədən fahişə olmaq, lisenziya olmadan fahişə olmaq və ya qeydiyyata alınmadan fahişəlik etmək kimi təsnif edilir. Qeyri-qanuni fahişəliklə məşğul olmaq maksimum 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eskort xidmətləri də həm qeyri-qanuni, həm də tənzimlənməmişdir. Müştərilər cinsi xidmətlər təklif edən vebsaytlara daxil ola bilərlər, çünki bu veb səhifələrdə onlardan istifadə etmək üçün yaş tələbi yoxdur.[16] Bu, həm müştərilərə, həm də hər yaşda olan seks işçilərinə veb-saytdan istədikləri kimi istifadə etməyə imkan verir. Eskort təklif edənlər seçdikləri istənilən yerdən müstəqil işləyə bilərlər. Bu, həm də qanuni olaraq seks işinə icazə verilməyən kişi və transseksual seks işçilərinə müştərilər tapmaq üçün bu cür platformalardan istifadə etməyə imkan verir.

Striptiz klublar redaktə

Türkiyədə striptiz klublar da var. Striptiz klublar həmçinin lisenziyalı olmalı və striptiz göstərənlər qeydiyyatdan və müntəzəm olaraq sağlamlıq müayinələrindən keçməlidirlər. Striptiz klublarına daxil olan bütün şəxslərin ən azı 18 yaşı olmalıdır.

Seks işçilərinin hüquqları redaktə

2008-ci ildə Türkiyədə aktivistlər və seks işçiləri Türkiyənin ilk seks işçiləri həmkarlar ittifaqının yaradılması layihəsi üzərində çalışdıqlarını açıqladılar.

Demoqrafik göstəricilər redaktə

Ankara Ticarət Palatası hesabatı (2004)[17]
Maddə Siyahıyaalma məlumatları
Fahişələrin sayı 100.000
Fəaliyyət göstərən 56 fahişəxanada fahişələr qeydiyyatdadır 3000
Fahişələr polis qeydiyyatındadır 15.000
Lisenziya almağı gözləyən qadınlar 30.000
Fahişəlik yaşı 18–40 arası
İllik dövriyyəsi 3–4 milyard dollar

İnsan alveri redaktə

UNODC- un hazırladığı hesabata görə, Türkiyə seks ticarəti ilə bağlı insan alveri qurbanlarının ən çox müraciət etdiyi ölkədir.[18]

ABŞ Dövlət Departamentinin İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsi Türkiyəni 2-ci səviyyə ölkə kimi sıralayır.[19]

İstinadlar redaktə

  1. Craig S. Smith. "Turkey's Growing Sex Trade Snares Many Slavic Women". The New York Times. 26 June 2005. 14 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2024.
  2. 1 2 3 4 5 6
    Mənbə:
  3. LARRY., NUTTBROCK. TRANSGENDER SEX WORK AND SOCIETY. HARRINGTON PARK Press INC. 2019. ISBN 978-1-939594-40-2. OCLC 1099881989.
  4. "Turkish Penal Code (Türk Ceza Kanunu)". 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  5. "Passport Law, No. 5682 (Pasaport Kanunu)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  6. "Genel Kadinlar Ve Genelevleri̇n Tabi̇ Olacaklari Hükümler Ve Fuhuş Yüzünden Bulaşan Zührevi̇ Hastaliklarla Mücadele Tüzüğü" [General Regulations regarding Brothels and Prostitution and the Fight Against Venereal Disease No: 30/03/1961 – 5/984]. Ministry of Justice of the Republic of Turkey (türk). 1 March 2011 tarixində arxivləşdirilib.
  7. Özaşçılar, Mine; Ziyalar, Neylan. "Framing Prostitution in Turkey: News Media Coverage of Prostitution" (PDF). International Journal of Criminal Justice Sciences (IJCJS). 2015. 16 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 July 2018.
  8. "US State Department Human Rights Reports: Turkey 2002". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  9. "Turkey's sex trade entraps Slavic women. New York Times June 27 2005". 2009-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  10. "Yolda bekleyenin amacı fuhuş mu, kim bilecek? NTVMSNBC July 1 2007". 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  11. "Ankara genelevinde yıkım sürüyor". T24. 24 September 2010. 12 September 2012 tarixində arxivləşdirilib.
  12. "Kamulaştırılan genelevlerde yıkım. Posta Sept 24 2010". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  13. (#empty_citation)
  14. focaal_admin. "Ezgi Güler: Trans Sex Workers' Collective Struggle in Urban Turkey". www.focaalblog.com (ingilis). 27 July 2020. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  15. "The Needs and Rights of Trans Sex Workers" Arxivləşdirilib 2024-01-08 at the Wayback Machine (PDF). Global Network of Sex Work Projects.
  16. "Barely illegal: The changing face of Turkey's pleasure industry - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com (ingilis). 28 September 2016. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  17. Zaharie, Cristian Giuseppe PhD. "The legal regime of prostitution on the Muslim countries" (PDF). Romanian-American University. 1 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 July 2018.
  18. "UN highlights human trafficking". BBC News. 26 March 2007. 26 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2010.
  19. "Turkey 2018 Trafficking in Persons Report". U.S. Department of State. 1 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 August 2018.

Xarici keçidlər redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024