Talula Riley Haqqinda Melumat - Vikipedia

Talula Riley Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Talula Rayli

İngilis aktrisa
(Talula Riley səhifəsindən istiqamətləndirilmişdir)

Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985[3], Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır.

Talula Riley
Talulah Riley
Talula Riley film çəkilişində (2009 avqust)
Talula Riley film çəkilişində (2009 avqust)
Doğum adı Talula Ceyn Riley-Milbarn
Doğum tarixi (38 yaş)
Doğum yeri Hartfordşir, İngiltərə
Milliyyəti ingilis
Vətəndaşlığı
Həyat yoldaşı

İlon Mask

(2010-2012), (2013-2016)
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2000-ci ildən
Təhsili

Cheltenham Ladies' College
Berkhamsted Collegiate School
Haberdashers Aske's School for Girls

Open Universiteti[1]
IMDb ID1506908
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi.[4][5] Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir.

Karyerası redaktə

Televiziya redaktə

Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017)[6] serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016)[7] serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı.

Teatr redaktə

Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.[8]

Film redaktə

Riley Pride & Prejudice (2005) filmində Meri Bennet rolunu canlandırmışdır. Həmçinin St Trinian's (2007) və davam filmi St Trinian's 2: The Legend of Fritton's Gold (2009) filmlərində yer almışdır.[9][10] The Boat That Rocked (2009) filmində isə Marianne rolunu canlandırmışdır. Başlanğıc (2010) filmində isə Tom Hardinin canlandırdığı rolun dəyişdiyi şəxs olaraq görünmüşdür. Bunlardan başqa Love & Distrust (2010) filmindəki 5 qısa filmdən biri olan The Summer House-də başrolda yer almışdır.[10] Talula həm də White Frog (2012) filmində də yer almışdır.[11]

Yazıçı redaktə

İlk romanı Acts of Love 2016-cı ilin avqust ayında nəşr edilmişdir.[5][12]

Digər redaktə

Esquire jurnalının 2010-cu il mart ayı dərcində baş səhifədə yer almışdır.[13][14]

Şəxsi həyatı redaktə

Talula Riley 2008-ci ildə milyarder sahibkar İlon Mask ilə münasibətə başladı. Cütlük 2010-cu ildə Şotlandiyada ailə həyatı qurdu.[15][15] Mask 2012-ci ilin yanvarında Riley ilə dörd illik münasibətini bitirdiyini[16] və 2012-ci ilin martına qədər boşanacağını dedi.[17]

Amma 2013-cü ilin iyulunda Riley ilə Mask yenidən evləndilər.[18] Mask 2014-cü ildə 60 Minutes verilişində verdiyi müsahibədə Rileydən ayrılıdığını və ilk həyat yoldaşı Castin Maskdan olan beş uşağı ilə birlikdə yaşadıqlarını açıqladı.[19]

Mask ilə Riley 2016-cı ilin oktyabrında rəsmi olaraq ikinci dəfə boşandılar.[20]

Filmoqrafiya redaktə

Talula Riley (ing.)

İstinadlar redaktə

  1. Toole, Lesley O. "Jolly hockey sticks and sex trafficking". 17 may 2013. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2022.
  2. 1 2 Talulah RILEY // Companies House. 1988.
  3. Talulah Riley // Roglo. 1997.
  4. "Talulah Riley: how to marry a billionaire | Life & Style". web.archive.org. 26 fev 2011. Archived from the original on 2011-02-26. İstifadə tarixi: 2022-02-20.
  5. 1 2 Hosie, Rachel. "Talulah Riley: 'Fifty Shades inspired me to create a sexually conniving female character'". 19 avq 2016. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20 – www.telegraph.co.uk vasitəsilə.
  6. Andreeva, Nellie; Andreeva, Nellie. "'Westworld': Talulah Riley Promoted To Series Regular For Season 2 On HBO". 23 mar 2017. 20 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2022.
  7. "Westworld - Angela". HBO. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  8. "Summer and Smoke @ Nottingham Playhouse". www.bbc.co.uk. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  9. http://www.monstersandcritics.com/movies/features/article_1573323php/Talulah-Riley-The-Summer-House-Inception[ölü keçid]
  10. 1 2 "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  11. "CAST REVEALED | Talulah Riley Cast In White Frog". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  12. "Acts of Love". 25 apr 2019. 20 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2022 – www.hodder.co.uk vasitəsilə.
  13. "Girls on top: The next generation of British actresses". The Independent. 23 iyl 2009. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  14. "Talulah Riley: the world's sexiest quantum physicist? - Telegraph". web.archive.org. 6 fev 2010. Archived from the original on 2011-02-06. İstifadə tarixi: 2022-02-20.
  15. 1 2 Press, Associated. "Actor Talulah Riley files to divorce billionaire Elon Musk, again". the Guardian. 21 mar 2016. 12 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2022.
  16. Elliott, Hannah. "At Home With Elon Musk: The (Soon-to-Be) Bachelor Billionaire". Forbes. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  17. "SpaceX founder Elon Musk pays wife $4 million in divorce settlement". www.telegraph.co.uk. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  18. November 18, Lindsay Kimble; Am, 2016 11:16. "Elon Musk and Talulah Riley Divorced: Report". PEOPLE.com. 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  19. "Tesla and SpaceX: Elon Musk's industrial empire". www.cbsnews.com. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  20. "Arxivlənmiş surət". 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.

Xarici keçidlər redaktə


Saytda 233 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024