Tayvan kütləvi informasiya vasitələri Haqqinda Melumat - Vikipedia

Tayvan kütləvi informasiya vasitələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tayvan kütləvi informasiya vasitələri

Tayvan kütləvi informasiya vasitələriTayvanın kütləvi informasiya vasitələri.

Dövri nəşrlər redaktə

Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur[1]. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır.

Qəzetlər redaktə

 
Tayvan qəzetləri

İngilis dilində olan əsas qəzetlər bunlardır[1]: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir.

"İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir.

"Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir.

"China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 150 min nüsxədir.

Çin dilində aparıcı qəzetlər bunlardır[1]:

"Senşen bao" (azərb. "Yeni həyat"‎) 1945-ci ildən etibarən Taybey şəhərində gündəlik nəşr olunur. Tirajı 460 min nüsxədir.

"Lyanxebao" (azərb. "Gündəlik xəbər icmalı"‎) 1951-ci ildən etibarən Taybey şəhərində gündəlik nəşr olunur. Tirajı 1,2 milyon nüsxədir.

2 dildə - Çin və ingilis dillərində çıxan qəzetlər isə bunlardır[1]:

"Çjunyanjibao" (ing. "Central Daily News") Qomindan orqanı olaraq, 1928-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 600 min nüsxədir.

"Çjunqo jibao" (ing. "China Times") 1950-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı 1,2 milyon nüsxədir.

Jurnallar redaktə

Əsas jurnallar bunlardır[1]:

"Free China Journal" jurnalı 1964-cü ildən etibarən nəşr olunur. Tirajı təqribən 35 min nüsxədir.

Radio redaktə

Radio verilişləri Taybey şəhərində yerləşən Çin Radio Verilişləri Korporasiyası (ing. "Broadcasting Corporation of China" və ya qısaca olaraq BCC) tərəfindən həyata keçirilir[1].

Ölkədə 229 ultraqısa və 140 orta dalğalı radiostansiya var[1].

Televiziya redaktə

Ölkədə 76 telekanal var[1].

Tayvan televiziya şirkəti (ing. "Taiwan Television Enterprise" və ya qısaca olaraq TTV) 1962-ci ildə təsis edilmişdir. Taybey şəhərində fəaliyyət göstərir[1].

İnformasiya agentlikləri redaktə

"Cunyanşe" Mərkəzi Xəbər Agentliyi 1924-cü ildən Taybey şəhərində fəaliyyət göstərir. Agentlik 1995-ci il dekabrın 30-da milliləşdirilmişdir[1].

"Sinxua" (azərb. "Yeni Çin"‎) Xəbər Agentliyi və ya Çin Xəbərlər Xidməti 1949-cu ildən rəsmi xəbər agentliyi kimi fəaliyyət göstərir[1].

İnternet redaktə

Tayvan dünyanın ən çox kabelləşdirilmiş ölkələrindən biridir. Bu ölkədə genişzolaqlı internet xidməti digər ölkələrə nisbətdə həm ucuz, həm də sürətlidir[1].

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 76. ISBN 978-9952-441-11-6.

Xarici keçidlər redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024