Tottenhem Hotspur FK Haqqinda Melumat - Vikipedia

Tottenhem Hotspur FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tottenhem Hotspur FK

"Tottenham Hotspur" (tam adı "Tottenham Hotspur Futbol Klubu" (ing. "Tottenham Hotspur Football Club"); səslənməsi: [ˈtɒt:nəm]) — çox vaxt Mahmızlar (ing. "Spurs") olaraq istinad edilən, hal-hazırda İngiltərə Premyer Liqasında çıxış edən 1882-ci ildə İngiltərədə, şimali Londonda təsis edilmiş peşəkar futbol klubudur. Klubun ev stadionu Uembli (əvvəl Vayt Hart Leyn) stadionudur (ing. ". Wembley Stadium"). Klub, şimali London klubları ilə, məxsusi olaraq yaxın qonşusu olan Arsenal Futbol Klubu ilə uzun tarixə malik "Şimali London Derbisi" adlanan (ing. "North London Derby") rəqabət içindədir.

Tottenhem Hotspur FK
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Spurs, Lilywhites
Rəng(lər) Göy, ağ
Yaranma tarixi 5 Sentyabr 1882
Stadionu TOTTENHAM HOTSPUR STADİUM
Tutumu 62.062
Prezidenti Daniel Levy
Baş məşqçisi Anc Postekoğlu
Liqa İngiltərə Premyer Liqası
2021–22 4
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vayt Hart Leyn
Fulham-Tottenham
Şimali London Derbisi
Tottenham azarkeşləri

Tarixi redaktə

Hotspur Futbol Klubu 1882-ci ildə All Hallows Kilsəsinin, İncil sinfinin qrammatika bölməsindəki tələbələr tərəfindən təsis edilmişdir. Bu tələbələr, eyni zamanda Hotspur Kriket Klubunun də üzvləri idi. 1884-cü ildə, klub, London Hotspur adlı klub ilə birləşərək Tottenham Football and Athletic Club adlandırıldı.

 
Klubun forması Avropa Liqası Muzeyində

Tottenham, İngiltərədə XX əsrdə, 1960–61 mövsümündə, həm liqanı, həm kuboku qazanmağı bacarmış ilk komandadır. 1963-cü ildə Kuboklar Kubokunu qazanaraq Avropada kubok qazanan ilk İngilis komandası olmuşdur. 70-ci illərdə iki dəfə Liqa Kubokunu və 1972-ci ildə də yeni adnan ilk UEFA Kubokunu qazanıblar. 80-lərdə Spurs, bir çox kubok qazanmışdır; iki dəfə FA Cup kuboku, bir dəfə FA Community Shield kuboku və 1983–84 mövsümündə UEFA Kubokunu qazanıblar. 1990-cı illərdə, FA Cup kubokunu və Liqa Kubokunu qazanıblar. 2008-ci ildə Liqa Kubokunu bir dəfə daha qazanıblar. Bununla da hər on ildə ən az bir dəfə bu kuboku qazanmış oldular. Bu, sadəcə Manchester United tərəfindən reallaşdırılmış bir uğur idi.

Uğurları redaktə

Heyəti redaktə

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Fransa  Huqo Lyoris
2 İngiltərə  Kyle Walker
3 İngiltərə  Danny Rose
4 Fransa  Younès Kaboul (2-ci vitse-kapitan)
5 Belçika  Jan Vertonghen
6 Rumıniya  Vlad Chiricheș
7 Cənubi Koreya  Son Hın Min
8 Braziliya  Paulinho
9 İspaniya  Roberto Soldado
10 İngiltərə  Harri Keyn
11 Argentina  Erik Lamela
14 Almaniya  Lewis Holtby
15 Fransa  Étienne Capoue
16 İngiltərə  Kyle Naughton
Nömrə Ölkə Mövqeyi Futbolçu
17 İngiltərə  Andros Townsend
18 İngiltərə  Jermain Defoe (Toronto FC-dan icarə əsasında)
19 Belçika  Mousa Dembélé
20 İngiltərə  Michael Dawson (kapitan)
21 Belçika  Nacer Chadli
22 İslandiya  Gylfi Sigurðsson
23 Danimarka  Christian Eriksen
24 ABŞ  Brad Friedel
25 Fransa  Hugo Lloris
30 Braziliya  Sandro
35 İngiltərə  Zeki Fryers
37 İngiltərə  Harry Kane
42 Fransa  Nabil Bentaleb
56 Şotlandiya  Jordan Archer

Xarici keçidlər redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024