UEFA Çempionlar Kuboku 1958/1959 Haqqinda Melumat - Vikipedia

UEFA Çempionlar Kuboku 1958/1959 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Çempionlar Kuboku 1958/1959

UEFA Çempionlar Kuboku 1958/1959 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 4-cü mövsümü. Turnirin qalibi ard-arda dördüncü dəfə "Real Madrid" klubu oldu. 3 iyun 1959-cu ildə Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən final oyununda ispan klubu Fransanın "Reyms" klubuna 2–0 hesabı ilə qalib gəldi. İki finalçı 1956-cı ildə ilk Çempionlar Kubokunun finalında da mübarizə aparmışdılar.

UEFA Çempionlar Kuboku 1958/1959
Yarış məlumatları
Tarix 26 avqust 1958 – 3 iyun 1959
Başlama tarixi 26 avqust 1958
Bitmə tarixi 3 iyun 1959
Komanda sayı 28 (26-sı iştirak etdi)
Yekun nəticəsi
Çempion İspaniya Real Madrid (4-cü dəfə)
İkinci Fransa Reyms
Yarış statistikası
Oyun sayı 55
Qol sayı 199 (matç başına: 3.62)
Tamaşaçı sayı 1987818 matç başına: 36142
Mükafat sahibləri
Bombardir(lər) Fransa Jüst Fonten (10 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu mövsümdə ilk dəfə Finlyandiya təmsilçisi iştirak etmişdir. Yunanıstanın turnirdə ilk iştirakçısı "Olimpiakos" siyasi səbəblərdən turniri tərk etdi. İspaniyanı bu dəfə də çempionatda ikinci yeri tutmuş klub da təmsil elədi, çünki ölkə çempionu "Real Madrid" turnirin son qalibi olduğundan avtomatik vəsiqə qazanmışdır. "Rapid Vyana" ilk dəfə turnirə vəsiqə qazana bilmədi.

İlkin mərhələ redaktə

2 iyul 1958-cı ildə Fransanın Kann şəhərində ilkin mərhələnin püşkü atıldı.[1] Son çempion kimi "Real Madrid" avtomatik növbəti mərhələyə vəsiqə qazandı, qalan 27 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk klub avtomatik olaraq növbəti mərhələyə keçirdi, digər klublar isə sentyabr ayında ilkin mərhələdə oynamalı idilər.

1-ci səbət

Qərbi Avropa

2-ci səbət

Mərkəzi Avropa

3-cü səbət

Şərqi Avropa

Püşk Fransa

İrlandiya

Şimali İrlandiya

Niderland

Belçika

Şotlandiya

Portuqaliya

İspaniya

İsveçrə

Qərbi Almaniya

İtaliya İsveç

Danimarka

Lüksemburq

Avstriya

dəvət olunmuş Mançester Yunayted[2]

Polşa

Rumıniya

Türkiyə

Yuqoslaviya

Çexoslovakiya

Macarıstan

Şərqi Almaniya

Yunanıstan

Byes İngiltərə  Vulverhempton Uonderers Finlandiya  HPS Bolqarıstan  XQME Sofiya

Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Standard Lyej Belçika  6–3 Şotlandiya  Harts 5–1 1–2
Beşiktaş Türkiyə  (w/o)1 Yunanıstan  Olimpiakos
Yanq-Boyz İsveçrə  (w/o)2 İngiltərə  Mançester Yunayted
Dinamo Zaqreb Yuqoslaviya  3–4 Çexoslovakiya  Dukla Praqa 2–2 1–2
Jeness Eş Lüksemburq  2–23 İsveç  Göteborq 1–2 1–0
Ards Şimali İrlandiya  3–10 Fransa  Reyms 1–4 2–6
Vizmut Karl Marks Ştadt Şərqi Almaniya  4–44 Rumıniya  Petrolul Ployeşti 4–2 0–2
Atletiko Madrid İspaniya  13–1 İrlandiya  Dramkondra 8–0 5–1
Poloniya Bıtom Polşa  0–6 Macarıstan  MTK Budapeşt 0–3 0–3
KB Danimarka  5–55 Qərbi Almaniya  Şalke 04 3–0 2–5
Yuventus İtaliya  3–8 Avstriya  Viner Şport-Klub 3–1 0–7
DOS Niderland  4–6 Portuqaliya  Sportinq 3–4 1–2

Qeyd: Real Madrid, Vulverhempton Uonderers, XQME SofiyaHPS avtomatik növbəti mərhələyə vəsiqə qazandılar.

1 Türkiyə ilə Yunanıstan arasında uzun sürən gərginliyin ardından "Olimpiakos" klubu İstanbulda oynamaqdan imtina edərək beynəlxalq siyasi məsələlərə görə öz istəyi ilə turniri tərk etdi.[3]

2 UEFA "Mançester Yunayted"i turnirə qatılmağa dəvət etdi, çünki keçən mövsüm klub Belqardda keçirilən Çempionlar Kuboku oyunundan sonra baş verən Münhen aviasiya qəzasında 8 oyunçusunu itirdi; lakin İngiltərə Futbol Liqası kluba iştirak etməyə icazə vermədi. İlkin mərhələnin püşkü atıldığından, "Mançester"in püşk rəqibi "Yanq-Boyz" turnirin birinci raunduna avtomatik vəsiqə qazandı. Bunun əvəzinə, iki klub evdə və səfərdə bir-birlərinə qarşı bir cüt yoldaşlıq oyunu keçirdi; Berndə keçirilən ilk oyunda "Yanq-Boyz" 2–0 hesabı ilə qalib gəldi, amma bir həftə sonra Old Traffordda keçirilən növbəti oyunda "Mançester Yunayted" uddu. İki klub 2018-19 UEFA Çempionlar Liqasının qrup mərhələsində yenidən bir araya gələrək, əvvəlcə oynamalı olduqları tarixdən təxminən 60 il sonra üz-üzə gəldilər.[4]

3 "Göteborq" pley-off oyununda "Jeness Eş"ə 5–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

4 "Vizmut Karl Marks Ştadt" pley-off oyununda "Petrolul Ployeşti"yə 4–0 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

5 "Şalke 04" pley-off oyununda "KB"-yə 3–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

Birinci raund redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Sportinq Portuqaliya  2–6 Belçika  Standard Lyej 2–3 0–3
Viner Şport-Klub Avstriya  3–2 Çexoslovakiya  Dukla Praqa 3–1 0–1
MTK Budapeşt Macarıstan  2–6 İsveçrə  Yanq-Boyz 1–2 1–4
Atletiko Madrid İspaniya  2–21 Bolqarıstan  XQME Sofiya 2–1 0–1
Göteborq İsveç  2–6 Şərqi Almaniya  Vizmut Karl Marks Ştadt 2–2 0–4
Vulverhempton Uonderers İngiltərə  3–4 Qərbi Almaniya  Şalke 04 2–2 1–2
Real Madrid İspaniya  3–1 Türkiyə  Beşiktaş 2–0 1–1
Reyms Fransa  7–0 Finlandiya  HPS 4–0 3–0

1 "Atletiko Madrid" pley-off oyununda "XQME Sofiya"ya 3–1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi.

1/4 final redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Standard Lyej Belçika  2–3 Fransa  Reyms 2–0 0–3
Atletiko Madrid İspaniya  4–1 Qərbi Almaniya  Şalke 04 3–0 1–1
Viner Şport-Klub Avstriya  1–7 İspaniya  Real Madrid 0–0 1–7
Yanq-Boyz İsveçrə  2–21 Şərqi Almaniya  Vizmut Karl Marks Ştadt 2–2 0–0

1 "Yanq-Boyz" pley-off oyununda "Vizmut Karl Marks Ştadt"a 2–1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.

Yarımfinal redaktə

1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Yanq-Boyz İsveçrə  1–3 Fransa  Reyms 1–0 0–3
Real Madrid İspaniya  2–21 İspaniya  Atletiko Madrid 2–1 0–1

1 "Real Madrid" pley-off oyununda "Atletiko Madrid"ə 2–1 hesabı ilə qalib gələrək finala yüksəldi.

Final redaktə

1959 UEFA Çempionlar Kuboku finalı 3 iyun 1959-cu ildə Qərbi Almaniyanın Ştutqart şəhərində yerləşən Nekkarştadion stadionunda keçirilmişdir. "Real Madrid" oyunçuları ardıcıl 4-cü dəfə kuboku başları üzərində qaldırdılar və turnirin yeganə qalibi statusunu qorudular. "Reyms" ikinci dəfə idi ki, finala yüksəlirdi, amma 1956-cı ilə təsadüf edən birincidə olduğu kimi bu dəfə də "Real Madrid"ə məğlub oldu.

Real Madrid İspaniya 2–0Fransa  Reyms
Mateos Qol  1'
Di Stefano Qol  47'
Hesabat

Bombardirlər redaktə

UEFA Çempionlar Kuboku 1958/1959-un bombardirlər siyahısı aşağıdaki kimi idi:

Yer Ad Klub Qol sayı
1 Fransa  Jüst Fonten Fransa  Reyms 10
2 Braziliya  Vava İspaniya  Atletiko Madrid 8
3 İspaniya  Alfredo Di Stefano İspaniya  Real Madrid 6
İspaniya  Xoakin Peyro İspaniya  Atletiko Madrid 6
5 İspaniya  Enrike Kolyar İspaniya  Atletiko Madrid 5
Avstriya  Yozef Hamerl Avstriya  Viner Şport-Klub 5
Fransa  Roje Pyantoni Fransa  Reyms 5
Şərqi Almaniya  Klaus Zink Şərqi Almaniya  Vizmut Karl Marks Ştadt 5
9 Braziliya  İvson Portuqaliya  Sportinq 4
Belçika  Jan Jado Belçika  Standard Lyej 4
Qərbi Almaniya  Bernhard Klodt Qərbi Almaniya  Şalke 04 4
İsveçrə  Oygen Mayer İsveçrə  Yanq-Boyz 4
Macarıstan  Peter Palotaş Macarıstan  MTK Budapeşt 4
Şərqi Almaniya  Villi Tröger Şərqi Almaniya  Vizmut Karl Marks Ştadt 4
İsveçrə  Ernst Vekselberger İsveçrə  Yanq-Boyz 4

İstinadlar redaktə

  1. Corriere dello Sport, 3 July 1958.
  2. "Mançester Yunayted" 2-ci səbətdə idi, çünki o, 1/8 finala qədər ingilis klubu ilə qarşılaşa bilməzdi.
  3. Corriere dello Sport.
  4. Gardner, Stewart. "United's lost 'European Cup' tie with Young Boys". ManUtd.com. Manchester United. 18 September 2018. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2018.

Xarici redaktə


Saytda 224 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024